Avropa ABŞ-sız özünü niyə müdafiə edə bilməz? – Səbəblər

Avropa ABŞ-sız özünü niyə müdafiə edə bilməz? – Səbəblər






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Müharibə, #Niderland, #Qırıcı təyyarə, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-ın köməyi olmadan Avropanın ciddi təhdiddən özünü qoruya bilməyəcəyi barədə bəyanatlar getdikcə daha tez-tez səslənir. Xüsusilə, NATO-nun Baş katibi Mark Rutte də bu həftə Avropa Parlamentində keçirilən dinləmələr zamanı bu barədə danışıb. Onun sözlərinə görə, Avropaya ABŞ lazımdır və eyni şəkildə ABŞ-a da Alyans lazımdır.

presstvaz xəbər verir ki, bu barədə “Tayms” nəşrində dərc olunan məqalədə bildirilib.

Qeyd olunur ki, Qərbin hərbi ekspertləri Avropanın ABŞ olmadan müharibə aparmaq qabiliyyətinin qiymətləndirilməsinin təkcə faydalı bir düşüncə təcrübəsi deyil, həm də zərurət olduğu qənaətindədirlər. Onların fikrincə, hazırda əsas problem ondan ibarətdir ki, NATO-nun Avropa üzvü olan ölkələrinin çoxsaylı problemləri var və bunları qısa müddətdə həll etmək çətin olacaq.

Təqaüddə olan aviasiya marşalı və Böyük Britaniyanın Müdafiə Akademiyasının baş direktoru Edvard Stringer bildirib ki, döyüş tankları və ya qırıcı təyyarələr kimi silah sistemlərinin 10 əsas kateqoriyasında ABŞ-ın 33 əsas variantı olduğu halda, avropalıların 174 variantı var. Bu variantların çoxu özünəməxsus ehtiyat hissələri, yanacaq növləri və ya sursatlarla fərqlənir.

Həmçinin qitə ölkələrinin silahlı qüvvələrində 12 növ tank, 14 növ döyüş təyyarəsi və 16 növ piyada döyüş maşını mövcuddur. Hətta Almaniya istehsalı olan “Panzerhaubitze 2000" özüyeriyən haubitsaları belə onları istifadə edən ölkədən asılı olaraq fərqlənir.

“Amerika gedərsə, problem Avropanın çox sayda F-16, F-35 qırıcıları, “Leclerc” döyüş tankları və ya güclü Niderland freqatları toplaya bilməməsində deyil, onları necə birləşdirəcəyində olacaq”, – Stringer izahında vurğulayıb.

Bundan əlavə, ekspert qeyd edib ki, Avropa ölkələrində əsas avadanlıqlarda ciddi çatışmazlıq var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv