Fransada evli cütlüklər üçün qaydalar dəyişir

Fransada evli cütlüklər üçün qaydalar dəyişir






presstv

"Presstv"az #Avropa, #Fransa, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa Milli Assambleyası rəsmi nikahda ərlə arvad arasında müəyyən öhdəliklərin ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənəd təsdiq üçün Senata göndərilib.

presstvaz xəbər verir ki, qanun layihəsi qadın hüquqları qruplarının tənqidlərindən sonra gündəmə gətirilib. Onlar nikah öhdəliyi anlayışının bəzən razılıq olmadan cinsi əlaqəni əsaslandırmaq üçün sui-istifadə edildiyini bildiriblər.

Yeni layihəyə əsasən, nikahda "birgə yaşamaq" anlayışı tərəflərdən heç birini cinsi münasibətə məcbur edə bilməz. Qeyd olunur ki, Fransa Mülki Məcəlləsində nikahla bağlı sədaqət, maddi təminat, kömək və birgə yaşamaq kimi vəzifələr yer alsa da, cinsi yaxınlıq ayrıca öhdəlik kimi göstərilmir.

Xatırladaq ki, keçmişdə məhkəmə qərarlarında "birgə yaşamaq" anlayışı bəzən "nikah borcu" kimi şərh edilib. 2019-cu ildə bu əsasla bir boşanma işi gündəmə gəlsə də, Avropa İnsan Hüquqları Məhkəməsi bunu boşanma üçün əsas saymayıb. 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv