Tramp Kanadaya yeni ultimatum verdi, yüksək rüsumlarla hədələdi

Tramp Kanadaya yeni ultimatum verdi, yüksək rüsumlarla hədələdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Kanada, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Kanadaya qarşı yeni ultimatum verib və onu yenidən böyük rüsumlarla hədələyib.

presstvaz-ın xəbərinə görə, Tramp bu barədə “Truth Social” hesabında açıqlama yayıb.

ABŞ lideri Kanada istehsalı olan bütün təyyarələr üçün sertifikatların ləğv olunduğunu elan edib:

“Kanadanın indiyə qədər istehsal olunmuş ən yaxşı və ən müasir təyyarələr arasında olan “Gulfstream”ın 500, 600, 700 və 800 modellərini sertifikatlaşdırmaqdan haqsız, qanunsuz və sərt şəkildə imtina etməsinə əsaslanaraq, biz də “Bombardier Global Express”in və bu ölkədə istehsal olunan bütün təyyarələrin sertifikasiyasını ləğv edirik. Ta ki böyük ABŞ şirkəti olan “Gulfstream” tam şəkildə sertifikat alana qədər (bu, illər əvvəl baş verməli idi) qadağamız davam edəcək”.

Tramp Kanadanı məhz bu sertifikatlaşdırma prosesi səbəbindən öz ərazisində “Gulfstream” məhsullarının satışını faktiki olaraq qadağan etməkdə günahlandırıb:

“Əgər hər hansı bir səbəbdən bu vəziyyət dərhal düzəldilməsə, mən ABŞ-də satılan bütün təyyarələrə 50 faiz rüsum tətbiq edəcəyəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv