Zelenski Putini Kiyevə dəvət etdi

Zelenski Putini Kiyevə dəvət etdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Jurnalistlər, #Kiyev, #Müharibə, #Rusiya, #Ukrayna, #Vladimir Putin, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə Moskvada görüşmək ehtimalını qəti şəkildə rədd edib. Eyni zamanda, o, Kreml rəhbərini açıq şəkildə Kiyevə dəvət edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “RBC Ukrayna” nəşri Zelenskinin jurnalistlərə verdiyi açıqlamaya istinadən məlumat verib.

“Sözsüz ki, mənim Moskvada Putinlə görüşməyim mümkün deyil. Bu, Putinlə Kiyevdə görüşmək kimidir. Mən eyni şəkildə onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Mən açıq şəkildə onu dəvət edirəm, əlbəttə ki, qərar verərsə”, – deyə Zelenski bildirib.

O vurğulayıb ki, Ukrayna müharibənin real şəkildə başa çatması, eləcə də məhsuldar ola biləcək görüşlə bağlı konstruktiv danışıqlar aparmaq istəyir.

Zelenski növbəti dəfə təkrar edib ki, Ukrayna müharibənin sona çatmasının zəruriliyinə ciddi yanaşır. Buna görə də liderlər səviyyəsində istənilən real görüş formatı uyğun gəlir.

Dövlət başçısının sözlərinə görə, o, müharibənin bitməsi ilə bağlı effektiv olacaq istənilən formata hazırdır.

Xatırladaq ki, Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra ABŞ yaxın gələcəkdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüşün baş tuta biləcəyini istisna etməyib.

Eyni zamanda, Kreml yenidən Zelenskiyə Putinlə Moskvada görüşməyi təklif edib. Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Putinlə Zelenski arasında görüşün yeganə yeri kimi ancaq Moskvanı nəzərdən keçirir. Onun sözlərinə görə, danışıqlar üçün başqa məkanla bağlı mülahizələr yersizdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv