Bu kiçik vərdiş elektrik xərcini 2 qat artırır: "Vampir cihazlar"a diqqət

Bu kiçik vərdiş elektrik xərcini 2 qat artırır: "Vampir cihazlar"a diqqət






presstv

"Presstv"az #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məişətdə istifadə etdiyimiz bir çox elektron cihazı söndürdüyümüzü düşünsək də, onlar “gözləmə” (standby) rejimində enerji sərf etməyə davam edirlər. Mütəxəssislər bu cihazları “vampir cihazlar” adlandırırlar.

presstvaz xəbər verir ki, televizor, oyun konsolu, mikrodalğalı soba və ya qəhvə maşını kimi cihazlar pultla və ya düymə ilə söndürülsə də, əgər şnur elektrik yuvasındadırsa (rozetka), daxili dövrələr və kiçik LED işıqlar enerji çəkməyə davam edir. Bu “gizli” istehlak ay sonunda faturanın əhəmiyyətli hissəsini təşkil edə bilər.

Çoxumuz telefonu şarjdan çıxardıqdan sonra adapteri rozetkada saxlayırıq. Adapter telefona bağlı olmasa belə, daxilindəki transformator işləməyə davam edir və cüzi də olsa enerji sərf edir. Evdəki bütün adapterlərin (telefon, planşet, noutbuk) daimi rozetkada qalması faturanı süni şəkildə artırır.

Modemlər il boyu 24 saat fasiləsiz işləyən nadir cihazlardandır. Gecə istifadə olunmadığı saatlarda modemi açıq saxlamaq həm enerji itkisidir, həm də cihazın ömrünü qısaldır.

Müasir televizorlar və oyun konsolları sürətli açılma üçün “hazır vəziyyətdə” qalırlar. Bu rejim cihazın sanki tam işləyirmiş kimi enerji sərf etməsinə səbəb olur.

Bütün cihazları tək-tək çıxarmaq çətindirsə, düyməli uzadıcı (setevoy) alın və yatmazdan əvvəl tək bir düymə ilə bütün enerjini kəsin.

İşiniz bitən kimi şarj cihazlarını çıxarın.

Köhnə nəsil soyuducu və paltaryuyan maşınlar yeni “A+++” sinifli cihazlardan 2-3 dəfə çox enerji sərf edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv