Qazaxıstan dron hücumları səbəbindən təxminən 3,8 milyon ton neft ixrac etməyib

Qazaxıstan dron hücumları səbəbindən təxminən 3,8 milyon ton neft ixrac etməyib






presstv

"Presstv"az #Audi, #dənizdə, #Dron hücumu, #Gəmi, #Qara dəniz, #Qazax, #Qazaxıstan, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) edilən hücumlar səbəbindən təxminən 3,8 milyon ton neft ixrac etməyib.

presstvaz “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov məlumat verib.

Onun sözlərinə görə, 3,8 milyon ton neft ixrac edilməyib və satılmayıb.

Nazir qeyd edib ki, sözügedən məhsul hazırda anbarlardadır və gələcəkdə satılması nəzərdə tutulub.

Akkenjenovun sözlərinə görə, bu neft satılan kimi bütün əməliyyatlar haqqında məlumat veriləcək və bundan sonra maliyyə itkiləri barədə danışa biləcək.

Xatırladaq ki, Qazaxıstan Energetika Nazirliyi (EN) yanvarın 13-də CPC-nin dəniz terminalı yaxınlığında bu ölkənin neftini daşıyan iki tankerə dron hücumu edildiyini bildirmişdi.

Nazirliyin məlumatına görə, hücuma məruz qalan “Matilda” və “Delta Harmony” tankerləri Malta və Liberiya bayraqları altında üzüblər. Həmin gəmilər Qazaxıstan neftini daşımayıblar, ona görə də ölkənin enerji ehtiyatlarına heç bir ziyan dəyməyib.

EN bildirib ki, heyət üzvləri arasında xəsarət alan olmayıb.

Agentlik, həmçinin Qazaxıstanın 2025-ci ilin dekabr ayında CPC vasitəsilə neft daşınmalarının həcmini azaltdığı barədə mediada yayılan məlumatları təsdiqləyib. Daha əvvəl bəzi media orqanları Qara dənizdə dron hücumları və fırtınalardan sonra Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə qlobal bazarlara Qazaxıstan neft daşınmalarının planlaşdırılan səviyyədən təxminən 45% azaldığını bildirmişdilər.

Qazaxıstan neftinin əsas hissəsini ixrac etdiyi CPC-yə hücum 2025-ci il noyabrın 29-da Ukrayna PUA-larından istifadə edilməklə baş verib. EN hücumu qəbuledilməz və qlobal enerji təhlükəsizliyinə təhdid adlandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv