Atalıq məzuniyyətinə çıxmaq istəyənlərin NƏZƏRİNƏ: Yeni funksiya aktivləşdirildi

Atalıq məzuniyyətinə çıxmaq istəyənlərin NƏZƏRİNƏ: Yeni funksiya aktivləşdirildi






presstv

"Presstv"az #Audi, #Məzuniyyət

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) uşağının doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi ilə bağlı əmri elektron qaydada formalaşdırmaq üçün yeni funksionallıq tətbiq edilib.

presstvaz xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Uşağının doğulmasını təsdiq edən tibbi arayış işçi tərəfindən təqdim edildikdən sonra işəgötürən ƏMAS-da:

– “Əmrlər” bölməsindən “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur,

– məzuniyyətin növünü seçir,

– məzuniyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərir,

– işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli məzuniyyət verilməsinə dair əmri ƏMAS üzərində formalaşdırır.

Bu yenilik iş yerlərində məzuniyyət verilməsi prosesləsinin tam elektronlaşdırılaraq çevik və şəffaf şəkildə həyata keçirilməsinə, əmək münasibətlərində sosial təminat mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, əmək qanunvericiliyinə edilmiş yeni dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyətin verilməsini nəzərdə tutur.

Atalıq məzuniyyətinə çıxmaq istəyənlərin NƏZƏRİNƏ: Yeni funksiya aktivləşdirildi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv