Braziliyada yırtıcı balıqlar insanlara hücum etdilər: Azı 10 nəfər xəsarət aldı

Braziliyada yırtıcı balıqlar insanlara hücum etdilər: Azı 10 nəfər xəsarət aldı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Braziliya, #Hadisə, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Braziliyada piranilər – əsasən Cənubi Amerika çaylarında (xüsusilə Amazon hövzəsində) yaşayan, iti dişləri və yırtıcı xüsusiyyətləri ilə tanınan balaca şirin su balıqları insanlara kütləvi hücum ediblər .

presstvaz xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Məlumata görə, Braziliyanın şimal-şərqindəki Paraquaku çayında baş verən hadisə nəticəsində azı on nəfər yaralanıb. Hadisə məşhur istirahət zonasında baş verib.

Piranilərin dişləmələrinin əksəriyyəti ayaq və topuq nahiyələrində baş verib.

Balıqların hücumundan sonra yerli hakimiyyət orqanları çayı üzgüçülük üçün müvəqqəti olaraq bağlayıb.

Bölgədə xəbərdarlıq nişanları quraşdırılacaq və artan hücumların səbəbini müəyyən etmək üçün texniki araşdırma aparılacaq.

Bir ekoloq bildirib ki, piranilər Paraquaku çayının adi sakinləridir, lakin insanlara hücumlar nadir hallarda baş verir. Ekoloq suyun yüksək temperaturunun balıqların aqressiv davranışlarına səbəbi ola biləcəyini iddia edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv