Azərbaycanda muzey sahəsində yenilikçi layihə – bp və tərəfdaşlarının dəstəyi ilə

Azərbaycanda muzey sahəsində yenilikçi layihə – bp və tərəfdaşlarının dəstəyi ilə






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Günəş, #Gürcüstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspozisiyanın açılışı baş tutub.

presstvaz xəbər verir ki, ekspozisiya XX əsrin ikinci yarısında Azərbaycan təsviri sənətində mühüm mərhələ təşkil edən nonkonformist sənət hərəkatının aparıcı nümayəndələrinin yaradıcılığına həsr olunub.

Layihə bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə tərəfdaşlarının dəstəyi ilə “Greentech Solutions” MMC tərəfindən icra olunub.

Layihə çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində nonkonformist rəssamların əsərlərinin nümayişi üçün nəzərdə tutulmuş sərgi zallarında əsaslı təmir, dizayn və texniki modernləşmə işləri həyata keçirilib. Yenilənmə prosesi müasir muzey ekspozisiya prinsiplərinə uyğun şəkildə aparılaraq zalların həm estetik, həm də funksional imkanlarını əhəmiyyətli dərəcədə artırıb, sənət nümunələrinin beynəlxalq muzey standartlarına uyğun qorunmasına və nümayişinə əlverişli şərait yaradıb.

Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında nonkonformist istiqamətin əsasını qoymuş Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev və Fazil Nəcəfov kimi görkəmli sənətkarların əsərləri xüsusi yer tutur. Uzun müddət bu rəssamların yaradıcılığı muzeydə məhdud xarakterli ekspozisiyada nümayiş etdirilib. Yeni daimi ekspozisiya onların çoxşaxəli bədii irsinin sistemli şəkildə və müasir muzey standartlarına uyğun formada ictimaiyyətə təqdim olunmasını təmin edib.

Açılış mərasimində bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış ediblər. Çıxışlarda XX əsrin 60-cı illərində formalaşmış nonkonformizm hərəkatının Azərbaycan təsviri sənətində estetik düşüncənin yenilənməsində və fərdi yaradıcılıq azadlığının bərqərar olmasında oynadığı mühüm rol xüsusi vurğulanıb, bu irsin qorunub saxlanılmasının və geniş auditoriyaya təqdim edilməsinin əhəmiyyəti qeyd edilib.

Tədbirin bədii hissəsində Xalq artisti, vokalçı Fidan Hacıyeva və pianoçu Şahin Yəhyazadə dünya klassik musiqisinin seçmə nümunələrini ifa ediblər.

Sonra qonaqlar ekspozisiya ilə tanış olublar.

Qeyd edək ki, “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı daimi ekspozisiya hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin ziyarətçiləri üçün açıqdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv