Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlanıb

Azərbaycan çempionatları tarixinin rekordu 15 ildən sonra təkrarlanıb






presstv

"Presstv"az #Araz-Naxçıvan, #Audi, #Azərbaycan, #Bakı, #Futbol, #İmişli, #Lənkəran, #Neftçi, #Premyer Liqası, #Qəbələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Premyer Liqasının XVII turu yeddi legioner baş məşqçinin komandasının meydana çıxması ilə əlamətdar olub.

presstvaz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin ilk çempionat oyunlarında Valdas Dambrauskas (“Sabah”), Kurban Berdıyev (“Turan Tovuz”), Saşa İliç (“Sumqayıt”), Andrey Demçenko (“Araz-Naxçıvan”), Yuri Vernidub (“Neftçi”), Jorj Kaşkilya (“İmişli”) və Kaxaber Sxadadzenin (“Qəbələ”) rəhbərlik etdiyi komandalar meydana çıxıb.

Düzdür, onlardan ikisi – İliç və Sxadadze cəza səbəbindən komandalarına texniki zonadan deyil, kənardan rəhbərlik edib. Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təxminən 15 ildən sonra təkrarlanıb. Sonuncu dəfə 2011-ci il aprelin 30-da və mayın 1-də keçirilən turda 7 əcnəbi baş məşqçi olub.

Həmin vaxt Kaxaber Sxadadze (“İnter”), Almir Hurtiç (“Muğan”), Toni Adams (“Qəbələ”), Qyoko Hacıyevski (“Simurq”), Naci Şensoy (“Turan”), Mirça Rednik (“Xəzər Lənkəran”), Aleksandr Starkov (“Bakı”) komandalara rəhbərlik ediblər.

Ümumiyyətlə, indiyədək yalnız 2008/09 və 2011/12 mövsümlərinin gedişində belə hal yaşanıb. 2008/09 mövsümündə I turu 7 legioner baş məşqçinin olduğu ilk oyunlar kimi tarixə düşüb. 2008-ci ilin yayında Qyoko Hacıyevski (“Bakı”), Valentin Xodukin (“İnter”), Anatoli Demyanenko (“Neftçi”), Roman Pokora (“Simurq”), Kaxaber Sxadadze (“Standard”), Mustafa Yılmaz (“Turan”), Rasim Kara (“Xəzər Lənkəran”) iş başında olublar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv