ABŞ-də göyərtəsində səkkiz sərnişin olan özəl təyyarə qəzaya uğrayıb

ABŞ-də göyərtəsində səkkiz sərnişin olan özəl təyyarə qəzaya uğrayıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Hadisə, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də göyərtəsində səkkiz sərnişin olan özəl təyyarə qar fırtınası səbəbindən Men ştatının Banqor hava limanında uçuş zamanı qəzaya uğrayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə CNN hadisə ilə tanış olan mənbəyə istinadən məlumat verib.

Məlumata görə, sərnişinlərin nə dərəcədə xəsarət aldıqları hələ məlum deyil. Söhbət “Bombardier Challenger 650” biznes jetindən gedir.

Aeroport rəhbərliyinin bildirdiyinə görə, fövqəladə xidmətlər hadisəyə müdaxilə edib və hadisə səbəbindən hava limanı bağlanıb.

Qeyd edilir ki, qəza ABŞ-nin şimal-şərqindən keçən güclü qar fırtınası fonunda baş verib. Men ştatında hazırda şaxtalı havadır, yüngül qar yağması səbəbindən isə görünmə məsafəsi zəifdir.

Federal məlumatlara görə, təyyarə Hyustonda yerləşən MMC-də qeydiyyatdan keçib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv