Qonşu ölkədə vətəndaşlara pulsuz smartfonlar PAYLANACAQ

Qonşu ölkədə vətəndaşlara pulsuz smartfonlar PAYLANACAQ






presstv

"Presstv"az #Rusiya, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada "Rəqəmsal Layihələr Bürosu" (BÇP) vətəndaşlara öncədən ödənişsiz və aylıq haqq tələb olunmadan smartfon verilməsini nəzərdə tutan layihə həyata keçirir.

presstvaz xəbər verir ki, cihazın özü və təqdim olunan xidmətlərin dəyəri əməliyyat sisteminin interfeysində "faydalı tövsiyələr" adı altında göstərilən reklamlar hesabına qarşılanacaq.

Smartfonu əldə edən istifadəçi şəxsiyyətini təsdiqləməli, yəni pasport təqdim etməli və şəxsi məlumatlarının emalına razılıq verməlidir. Əgər istifadəçi hədəflənmiş və ya sosial xarakterli "tövsiyələrdən" imtina edərsə, bu halda cihazı geri qaytarmalı olacaq.

Qeyd edilir ki, məlumatların toplanması və emalı Rusiya qanunvericiliyinə uyğun şəkildə, o cümlədən Roskomnadzor və FSTEK-in tələbləri çərçivəsində həyata keçiriləcək. /Musavat.com 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv