Rusiyada məşqçi ChatGPT-yə güvəndi, komanda aşağı liqaya düşdü

Rusiyada məşqçi ChatGPT-yə güvəndi, komanda aşağı liqaya düşdü






presstv

"Presstv"az #ChatGPT, #Futbol, #Hadisə, #Rusiya, #Süni intellekt, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada qeyri-adi hadisə baş verib.

presstvaz xəbər verir ki, bir məşqçinin komandanı hazırlayarkən süni intellektə – ChatGPT-yə həddindən artıq güvənməsi klubun uğursuzluqla üzləşməsinə səbəb olub.

Klubun keçmiş baş direktor müavininin açıqlamasına görə, "Soçi" FK-nın baş məşqçisi Robert Moreno futbolçularla iş prosesində süni intellektdən aktiv şəkildə istifadə edib. Mütəxəssis motivasiya çıxışları, məşq proqramları və oyunçular üçün fərdi tövsiyələri ChatGPT-nin köməyi ilə hazırlayıb.

Bildirilir ki, Moreno futbolçulara oyundan 28 saat əvvəl yatmamaq, yaxud səhər saat 05:00-da oyanmaq kimi qeyri-adi tövsiyələr də verib. Bundan başqa, heyət seçimi zamanı da ChatGPT-dən istifadə olunub. Alqoritmin tövsiyəsi ilə əsas heyətə salınan bir hücumçu 10 oyunda heç bir qol vura bilməyib.

Nəticədə, 2025-ci ilin payızında komanda keçirdiyi 7 liqa oyunundan cəmi 1 xal topladıqdan sonra Robert Moreno vəzifəsindən azad edilib. Mövsümün sonunda isə "Soçi" aşağı liqaya düşüb. (Offsideplus.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv