“Sabah” Premyer Liqada liderliyini möhkəmləndirdi

“Sabah” Premyer Liqada liderliyini möhkəmləndirdi






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Audi, #Bakı, #İmişli, #Neftçi, #Premyer Liqası, #Qəbələ, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasının XVII turunda lider “Sabah” autsayder “Karvan-Yevlax”la üz-üzə gəlib.

presstvaz xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan matçda 3:1 hesablı qələbə qazanan “bayquşlar”, ötən gün məğlub olan ən yaxın izləyicisi “Qarabağ”la xal fərqini 4-ə yüksəldiblər.

Bakı klubunun qollarını Aron Maluda (9, 22), Umarali Raxmonaliyev (32) və Velko Simiç (84) vurublar. Qonaqların heyətində isə Olavale Doyeni (83) fərqlənib.

40 xalı olan “Sabah” turnir cədvəlində vahid liderdir. “Karvan-Yevlax” isə altı xalla sonuncu – on ikincidir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “İmişli” “Araz-Naxçıvan”la (2:2), “Neftçi” isə “Zirə” (0:0) ilə heç-heçə edib. “Qəbələ” “Şamaxı”nı (4:0), “Kəpəz” “Qarabağ”ı (2:0), “Turan Tovuz” isə “Sumqayıt”ı (2:1) məğlub edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv