"Gündə 2 litr su için" qaydası tarixə qovuşdu: Elm dünyasından yeni açıqlama

"Gündə 2 litr su için" qaydası tarixə qovuşdu: Elm dünyasından yeni açıqlama






presstv

"Presstv"az #Araşdırma, #İdman, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Onilliklərdir ki, sağlam qalmaq üçün gündə ən az 8 stəkan və ya 2 litr su içməli olduğumuz deyilir. Lakin son elmi araşdırmalar bu “qızıl qaydanın” hər kəs üçün keçərli olmadığını və hətta bəzi hallarda yanlış anlaşıldığını ortaya qoyub.

presstvaz xəbər verir ki, mütəxəssislərin fikrincə, bu qayda 1945-ci ildə bir qida komissiyasının tövsiyəsinə əsaslanır. Lakin o dövrdəki tövsiyədə mühüm bir detal unudulub: “İçdiyimiz suyun böyük hissəsi qidalardan gəlir.” İnsanlar bu tövsiyəni yalnız “saf su içmək” kimi başa düşüblər və illərdir bu yanlış fikir populyarlığını qoruyub.

Yeni araşdırmalar sübut edir ki, insanın su ehtiyacı bir çox fərdi amildən asılıdır:

  • Kişilərin, qadınların və uşaqların metabolik ehtiyacları fərqlidir.
  • İdmanla məşğul olan birinin ehtiyacı ilə ofisdə oturanınkı eyni deyil.
  • İsti və rütubətli bölgələrdə yaşayanlar daha çox maye itirirlər.
  • Meyvə və tərəvəz ağırlıqlı qidalananlar maye ehtiyacının bir hissəsini artıq yeməklərdən alırlar.
  • Susuzluq hissi

Alimlər qeyd edirlər ki, sağlam bir insan bədəni nə vaxt suya ehtiyacı olduğunu susuzluq siqnalı ilə mükəmməl şəkildə bildirir. Məcburi şəkildə, ehtiyac hiss etmədən həddindən artıq su içmək böyrəkləri artıq yükləyə bilər və qanda natrium səviyyəsinin düşməsinə (hiponatremiya) səbəb ola bilər ki, bu da sağlamlıq üçün risklidir.

Müasir tibb “standart litr” rəqəmlərindən uzaqlaşmağı tövsiyə edir. Bunun əvəzinə:

Bədəninizin susuzluq siqnallarını dinləyin.

Sidiyin rənginə diqqət edin (açıq sarı rəng kifayət qədər su içdiyinizi göstərir).

Qidalardakı (şorba, meyvə, tərəvəz) su miqdarını nəzərə alın.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv