Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pulu görün hara gedirmiş – Statistika açıqlandı

Pensiya yaşına çatmadan vəfat edən şəxslərin pulu görün hara gedirmiş – Statistika açıqlandı






presstv

"Presstv"az #Ailə, #Avropa, #Dünya Bankı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məlum olduğu kimi rəsmi işləyənlərin maaşlarından hər ay Pensiya Fonduna müəyyən məbləğ tutulur. Bu, gələcəkdə onların pensiya alması üçün nəzərdə tutulmuş sosial təminatdır. 

presstvaz xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, dünyanın əksər ölkələrində rəsmi işləyən vətəndaşların maaşından hər ay pensiya fonduna sosial sığorta haqları tutulur.

Onun sözlərinə görə, bu vəsaitlər gələcəkdə qocalıq dövründə maddi təminat məqsədi daşıyır:

"Lakin cəmiyyətdə tez-tez belə bir sual yaranır: əgər şəxs pensiya yaşına çatmadan vəfat edərsə, niyə onun ödədiyi pensiya vəsaitləri ailəsinə qaytarılmır? Bu sualın cavabı pensiya sisteminin mahiyyətindədir. Mövcud pensiya modellərinin böyük hissəsi paylanma (PAYG – Pay As You Go) prinsipinə əsaslanır. Beynəlxalq Əmək Təşkilatının (ILO) məlumatına görə, dünya ölkələrinin təxminən 70-75 faizi bu modeli tətbiq edir. Bu sistemdə işləyən əhalinin ödədiyi sığorta haqları birbaşa hazırkı pensiyaçıların pensiyalarının ödənilməsinə yönəldilir. Yəni pensiya tutulmaları şəxsi yığım deyil, kollektiv sosial fondun formalaşmasına xidmət edir. İqtisadi baxımdan bu model sosial risklərin bölüşdürülməsi üzərində qurulub. Dünya Bankının hesablamalarına əsasən, orta statistik vətəndaş pensiya yaşına çatdıqdan sonra 18-22 il pensiya alır. Bu müddət ərzində aldığı ümumi pensiya məbləği əksər hallarda onun işlədiyi dövrdə ödədiyi sığorta haqlarından 1,3-1,8 dəfə çox olur. Mövcud fərq isə məhz erkən vəfat edənlərin və daha az yaşayanların sistemə verdiyi dolayı subsidiyalar hesabına formalaşır".

İqtisadçı bildirib ki, pensiya yaşına çatmadan vəfat edən şəxsin ödədiyi vəsaitlər ümumi fonda daxil olaraq cari pensiyaların, əlillik ödənişlərinin və sosial müavinətlərin maliyyələşdirilməsində istifadə olunur:

"OECD ölkələrində pensiya xərcləri ümumi daxili məhsulun orta hesabla 8-10 faizini, bəzi Avropa ölkələrində isə 12-15 faizini təşkil edir. Bu qədər böyük sosial yük yalnız fərdi yığım prinsipi ilə deyil, məhz kollektiv maliyyələşmə yolu ilə mümkün olur. Alternativ olaraq bəzi ölkələrdə yığım əsaslı pensiya sistemləri mövcuddur. Dünya Bankının məlumatına görə, bu model əsasən Latın Amerikası və bəzi Asiya ölkələrində tətbiq olunur, lakin qlobal miqyasda payı 25-30 faizdən çox deyil. Bu sistemlər inflyasiya, bazar dalğalanmaları və maliyyə böhranları zamanı vətəndaşların pensiya risklərini artırdığı üçün bir çox ölkələr yenidən klassik sosial sığorta modelinə qayıdır. Nəticə etibarilə, pensiya sistemi fərdi mülkiyyət mexanizmi deyil, sosial həmrəylik və kollektiv təhlükəsizlik modelidir".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv