Yuliya Timoşenko üçün girovun tam məbləği ödənilib

Yuliya Timoşenko üçün girovun tam məbləği ödənilib






presstv

"Presstv"az #Audi, #Dollar, #Kiyev, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xalq deputatlarına rüşvət təklif etməkdə şübhəli bilinən və barəsində məhkəmə tərəfindən girov qətimkan tədbiri seçilmiş “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko üçün 33 milyon qrivna (təxminən 760 min dollar – red.) həcmində girovun tam məbləği ödənilib.

presstvaz “Ukrainskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Transparency International Ukraine” məlumat yayıb.

Bu vəsaitin bir hissəsi – 12 milyon qrivnadan çoxu (təxminən 278 350 dollar – red.) hələ yanvarın 20-də ödənilmişdi. Bu məbləğin 5 milyon qrivnasını (təxminən 116 000 dollar – red.) Sergey Vitaleviç Rabçuk, 8,65 milyon qrivnasını (təxminən 200 650 dollar – red.) isə Oksana Vladimirovna Fetisova ödəyib.

Xatırladaq ki, yanvarın 14-nə keçən gecə Ukraynanın antikorrupsiya orqanları Radanın deputatlarını rüşvətlə ələ almaq işi üzrə “Batkivşina” partiyasının Kiyevdəki ofisində axtarışlar aparıblar. Timoşenkoya qarşı qanunsuz mənfəət təklif etmə maddəsi ilə ittiham irəli sürülüb, onu beş ildən 10 ilə qədər həbs cəzası gözləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv