“Azercell” Azərbaycanda bu sertifikatı əldə edən ilk şirkət oldu

“Azercell” Azərbaycanda bu sertifikatı əldə edən ilk şirkət oldu






presstv

"Presstv"az #Audi, #Azercell, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Lider mobil operator Şəxsi Məlumatların İdarəetmə Sistemi (Privacy Information Management System) üzrə tətbiq olunan ISO/IEC 27701:2019 beynəlxalq sertifikata layiq görülüb. Azercell bu standartlaşmanı Azərbaycanda rəsmi akkreditasiya qurumu tərəfindən uğurla keçən ilk şirkət olaraq informasiya təhlükəsizliyi sahəsində aparıcı mövqeyini daha da möhkəmləndirib.

ISO/IEC 27701:2019 sertifikatı Azercell-in şəxsi məlumatların məxfiliyinin idarə olunmasında beynəlxalq standartlara əsaslanan sistemli yanaşma tətbiq etdiyini, həmçinin müştəri məlumatlarının emalında şəffaf, etibarlı və effektiv nəzarət mexanizmlərindən istifadə etdiyini bir daha təsdiqləyib. Sertifikatlaşdırma prosesi TÜV Austria tərəfindən aparılan müstəqil audit əsasında həyata keçirilib.

Bununla yanaşı, Azercell ISO/IEC 27001:2022 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına uyğunluq sertifikatını növbəti üç il üçün uğurla yeniləyib. Bu sertifikat informasiya təhlükəsizliyi idarəetmə sisteminə əsaslanaraq şəxsi məlumatların qorunması üçün sistemli tələblər və nəzarət mexanizmləri təqdim edir. Standart təşkilatlara şəxsi məlumatların emalı və qorunması üçün vahid çərçivə təqdim edir, istifadəçilərin öz məlumatları üzərindəki hüquqlarını qorumağa, riskləri azaltmağa və beynəlxalq məxfilik tələblərinə uyğunluğu təmin etməyə imkan yaradır. Qeyd edək ki, Azercell 2019-cu ildən ISO/IEC 27001:2022 standartına uyğun fəaliyyət göstərir və informasiya təhlükəsizliyi sahəsində beynəlxalq tələblərə uyğun yanaşma tətbiq edir.

Xatırladaq ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) dünya üzrə milli standartlaşdırma qurumlarını birləşdirən beynəlxalq federasiyadır. Təşkilat idarəetmə, texnologiya və biznes sahələrində xidmət və proseslərin keyfiyyətini qiymətləndirən minlərlə beynəlxalq standartı təsdiq edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv