Arzu Əliyevanın doğum günüdür – Bakı Media Mərkəzinin rəhbəri 23 yanvar tarixində anadan olub

Arzu Əliyevanın doğum günüdür – Bakı Media Mərkəzinin rəhbəri 23 yanvar tarixində anadan olub






presstv

"Presstv"az #Ailə, #Arzu Əliyeva, #Audi, #Azərbaycan, #Bakı, #Böyük Britaniy, #Böyük Britaniya, #Doğum günü, #Media Mərkəzi, #Orta məktəb, #Təbrik, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Bu gün, 23 yanvar, Bakı Media Mərkəzinin rəhbəri Arzu İlham qızı Əliyevanın doğum günüdür.
       presstvaz xatırladır ki, Arzu Əliyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 1995–2006-cı illərdə Bakının 160 saylı orta məktəbində, ali təhsilini isə İsveçrə və Böyük Britaniyada alıb. Xarici təhsil və beynəlxalq mühit onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb.

Arzu Əliyeva media və yaradıcılıq sahəsində fəaliyyətini ardıcıl şəkildə inkişaf etdirərək, ölkədə peşəkar media layihələrinin həyata keçirilməsinə töhfə verib. O, hazırda Bakı Media Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərir. Mərkəz tərəfindən hazırlanan sənədli və bədii filmlər, eləcə də audiovizual layihələr Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.


Media, mədəniyyət fəaliyyəti və şəxsi həyatı

       Arzu Əliyeva təkcə media idarəçiliyi ilə deyil, eyni zamanda mədəniyyət və kino sahəsində də fəal fəaliyyəti ilə tanınır. O, müxtəlif sənədli və bədii filmlərin prodüseri kimi çıxış edib, milli mədəniyyətin və tarixi həqiqətlərin təbliği istiqamətində layihələrə rəhbərlik edib. Onun rəhbərliyi ilə ərsəyə gələn ekran işləri ölkə daxilində və beynəlxalq platformalarda nümayiş olunub.

Arzu Əliyeva 2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı qurub. İki övladı var.

       presstvaz Azərbaycan xəbər portalının kollektivi adından Arzu Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətində yeni uğurlar arzulayırıq.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv