Zelenskinin Davosda tarixə düşəcək çıxışı…

Zelenskinin Davosda tarixə düşəcək çıxışı…






presstv

"Presstv"az #Avropa, #dənizdə, #Müharibə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Davosda ən möhtəşəm çıxışı bu gün Zelenski edib; bu çıxış deyil, şedevr idi və bu şedevr tarixə düşəcək.

presstvaz xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

O, Zelenskinin çıxışından fraqmentlər təqdim edib:

– Avropa siyasətçilər tez-tez deyirlər: “Bizə köhnə dünya nizamını əvəz edəcək nəsə lazımdır”. Bəs cəsarətli addımlar atacaq liderlər haradadır? Elə indi, bu dəqiqə quruda, havada, dənizdə hərəkət etməyə hazır olanlar. Sözlərlə yeni dünya nizamı qurmaq olmaz.

– Proseslər bizdən daha sürətlə inkişaf edir. Proseslər Avropadan daha sürətlə inkişaf edir. Avropa çatdırmır.

– Əziz dostlar, biz özümüzə ikinci dərəcəli rollar ayırmamalıyıq, xüsusən də birlikdə böyük güc olmaq şansımız varkən!

– Biz Avropanın düşmənləri ilə “ədviyyatlanmış” kiçik və orta güclərin sadəcə bir salatı olmasını qəbul etməməliyik.

– Avropa qlobal güc ola bilər və olmalıdır. Gecikən yox, gələcəyi müəyyən edən bir güc.

– Biz başqalarına indi olduqlarından daha güclü olmağa kömək etməyə hazırıq. Həqiqətən əhəmiyyət kəsb edən Avropanın bir hissəsi olmağa hazırıq, real gücə, böyük gücə malik Avropanın!

– Bu gücə bu gün müstəqilliyi qorumaq üçün ehtiyacımız var. Amma sizə də Ukraynanın müstəqilliyi lazımdır, çünki sabah bəlkə siz öz müstəqilliyinizi müdafiə etməli olacaqsınız.

– Ukrayna sizinlə olduğu müddətcə heç kim sizə ayaqlarını silə bilməz.

– İntellektual müzakirələr müharibələri dayandırmır. Addımlar lazımdır. Dünya nizamını addımlar formalaşdırır. Bizə sadəcə hərəkət etmək üçün cəsarət lazımdır. Cəsarət olmadan sabahımız yoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv