AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır

AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hava Yolları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) beynəlxalq İT şirkəti “Accelya” ilə NDC (New Distribution Capability) standartına əsaslanan “FLX Select” həllinin tətbiqinə dair müqavilə imzalayıb.

presstvaz xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu razılaşma AZAL-ın pərakəndə satış modelinin modernləşdirilməsində mühüm mərhələ olmaqla, tariflərin və xidmətlərin formalaşdırılması, paylanması və satışı proseslərinin, xüsusilə dolayı satış kanalları, yəni turizm agentlikləri və onlayn platformalar üzərindən transformasiyasına yönəlib.

“FLX Select” həllinin tətbiqi AZAL-a tarifləri və əlavə xidmətləri bazara daha operativ şəkildə çıxarmağa, onların bütün tərəfdaş kanallarda vahid və dəqiq təqdim olunmasını təmin etməyə, həmçinin əvvəlki distribusiya modellərinin texniki məhdudiyyətlərindən mərhələli şəkildə imtina etməyə imkan verəcək. Nəticədə aviaşirkətin təklifləri sərnişinlər üçün daha şəffaf, turizm tərəfdaşları üçün isə daha funksional və rahat olacaq.

“FLX Select”, eyni zamanda, qlobal turizm satıcıları və aqreqatorlardan ibarət ekosistemə birbaşa qoşulmanı təmin edir. Bu isə mürəkkəb və uzunmüddətli texniki inteqrasiyalara ehtiyac olmadan NDC standartının kommersiya üstünlüklərindən istifadəyə şərait yaradır.

“FLX Select” həlli “Accelya” şirkətinin “FLX ONE” platformasının tərkib hissəsidir və “Amazon Web Services” (AWS) bulud infrastrukturu üzərində fəaliyyət göstərir. Bu da sistemin yüksək miqyaslana bilməsini və təhlükəsizliyini təmin edir. Müstəqil analitik şirkət T2RL-in məlumatına əsasən, “Accelya”nın həlləri dünya üzrə həyata keçirilən bütün NDC əməliyyatlarının təxminən 50%-ində istifadə olunur ki, bu da şirkətin sənayedə aparıcı mövqeyini təsdiqləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv