Macarıstan Sülh Şurasına üzvlük üçün pul ödəməyəcək

Macarıstan Sülh Şurasına üzvlük üçün pul ödəməyəcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Dollar, #Donald Tramp, #Jurnalistlər, #Macarıstan, #Münaqişə, #Qəzza, #Qəzza zolağı, #Silahlı münaqişə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Macarıstanın Qəzza zolağını idarə edəcək Sülh Şurasına qoşulması heç bir maliyyə öhdəliyi ilə müşayiət olunmayacaq.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan hökumət aparatının rəhbəri Gergey Qulyaş jurnalistlərlə görüşdə bildirib.

O, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi yeni beynəlxalq quruma daimi üzvlüyün müraciət edənlərə bir milyard dollara başa gələcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

“Hökumətin dünənki iclasında baş nazirə Macarıstanın Sülh Şurasında iştirakını təmin etmək səlahiyyəti verilib. Buna uyğun olaraq, baş nazir bu gün Davosda bu barədə saziş imzalayacaq. Hökumətin bu məsələ ilə bağlı qərarı mediaya açıqdır və biz aydınlaşdırmaq istərdik ki, bu, heç bir maliyyə öhdəliyi daşımır”, – G.Qulyas bildirib.

O qeyd edib ki, bütün ölkələr sülh tərəfdarlarına və Ukraynadakı silahlı münaqişəni davam etdirməyə çalışanlara bölünüb, liderləri hərbi əməliyyatları dəstəkləyən Avropa İttifaqı isə beynəlxalq səhnədə “azlıqdadır”. Qulyaş vurğulayıb ki, Macarıstan Sülh Şurasının sülh tərəfdarlarını bir araya gətirəcəyinə inanır və buna görə də bu təşkilatda iştirak onun maraqlarına uyğundur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv