Yevlaxda bir ailənin beş üzvü dəm qazından zəhərləndi: İkisinin vəziyyəti ağırdır

Yevlaxda bir ailənin beş üzvü dəm qazından zəhərləndi: İkisinin vəziyyəti ağırdır






presstv

"Presstv"az #Ailə, #Dəm qazından zəhərlənmə, #Təcili Tibbi Yardım, #Vəfat edib, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yevlax rayonunda dəm qazından zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə presstvaz-ın sorğusuna cavab olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, bu gün saat 06:10-da 4 nəfər şəxs (3-ü kişi və 1-i qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Onlara dəm qazından zəhərlənmə diaqnozu təyin edilib.

Pasiyentlərdən 2005-ci il və 1987-ci il təvəllüdlü şəxsləri vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. 1982-ci il və 2007-ci il təvəllüdlü şəxslər isə reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda vəziyyətləri ağır olaraq qiymətləndirilir”.

Qeyd edək ki, dəm qazından zəhərlənən beş nəfərdən biri vəfat edib. Onların bir ailənin üzvü olduğu bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv