ABŞ və Azərbaycan ilk ikitərəfli biznes missiyası hazırlayırlar

ABŞ və Azərbaycan ilk ikitərəfli biznes missiyası hazırlayırlar






presstv

"Presstv"az #(SOCAR), #ABŞ, #ABŞ Dövlət Departamenti, #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), #Bakı, #Nazirlər Kabineti, #Nəqliyyat, #Prezident Administrasiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Ticarət Palatası ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyi ilə birlikdə Azərbaycana ilk dəfə ikitərəfli biznes missiyası təşkil edir.

presstvaz “Report”a istinadən xəbər verir ki, missiya fevralın 9-10-da Bakıda baş tutacaq.

İkigünlük səfər çərçivəsində yüksəksəviyyəli nümayəndə heyəti ABŞ şirkətlərinə Azərbaycan dövlət orqanları, dövlət şirkətləri və özəl sektorun aparıcı oyunçuları ilə birbaşa əlaqə qurmaq imkanı yaradacaq.

Əsas diqqət energetika və rəqəmsal transformasiya, müdafiə və nəqliyyat, kənd təsərrüfatı və səhiyyə, maliyyə və investisiyalar üzərində cəmləşəcək.

Missiyanın proqramında Prezident Administrasiyası və Nazirlər Kabineti, müvafiq nazirliklər, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Dövlət Neft Fondu, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), “PAŞA Holdinq” MMC, Azərbaycan Amerika Ticarət Palatası (“AmCham”), həmçinin digər dövlət və özəl qurumların nümayəndələri ilə görüşlər nəzərdə tutulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv