SOCAR “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı alıb

SOCAR “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payı alıb






presstv

"Presstv"az #Audi, #dənizdə, #Dünya İqtisadi Forumu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

SOCAR Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının alınması ilə bağlı “Eni S.p.A.” şirkəti ilə saziş imzalayıb.

presstvaz xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, sənəd Dünya İqtisadi Forumunun 2026-cı il İllik Toplantısı çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Eni S.p.A.” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi tərəfindən imzalanıb.

Bu saziş SOCAR-ın Afrika qitəsinin zəngin neft-qaz resurslarına çıxışını təmin etməklə yanaşı, şirkətin qlobal genişlənmə strategiyasına tam uyğundur.

Sənəd, həmçinin SOCAR və “Eni S.p.A” arasında enerji sənayesinin müxtəlif seqmentlərində formalaşmış daha geniş strateji əməkdaşlığın bir hissəsini təşkil edir.

Sazişin icrası və əməliyyatın yekunlaşması müvafiq tənzimləyici qurumlardan razılıqların alınmasından, eləcə də digər standart şərt və tələblərin yerinə yetirilməsindən asılıdır.

Qeyd edək ki, “Baleine” Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən nəhəng neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilatına başlanılıb.

Hazırda “Baleine” yatağından işlənmənin 1-ci və 2-ci mərhələləri çərçivəsində gündəlik 62 min bareldən artıq neft və 2.1 milyon kubmetrdən çox qaz hasil edilir. 3-cü mərhələnin işə salınması ilə gündəlik hasilatın 150 min barel neftə və təxminən 5.7 milyon kubmetr qaza çatdırılması nəzərdə tutulur.

Xüsusilə qeyd etmək istərdik ki, “Baleine” Afrikada ilk xalis sıfır emissiyalı dəniz neft-qaz layihəsidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv