UEFA Çempionlar Liqası: “Yuventus”, “Bavariya” və “Çelsi” öz meydanlarında qalib oldular

UEFA Çempionlar Liqası: “Yuventus”, “Bavariya” və “Çelsi” öz meydanlarında qalib oldular






presstv

"Presstv"az #"Qarabağ", #Atletik Bilbao, #Audi, #Bavariya, #Harri Keyn, #Qalatasaray, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci turun növbəti oyunları baş tutub.

presstvaz xəbər verir ki, yeddinci tura doqquz qarşılaşma ilə yekun vurulub.

Maraqla gözlənilən “Yuventus” – “Benfika” matçı 2:0 hesabı ilə yekunlaşıb. “Qoca sinyora”nın qollarını Kefren Türam-Yulyen və Ueston Makkenni vurublar.

“Bavariya” – “Royal Union” matçı da eyni hesabla başa çatıb – 2:0. Harri Keynin biri penaltidən olmaqla dublu qonaqları məğlub etməyə kifayət edib.

“Çelsi” – “Pafos” matçının taleyini bir qol həll edib – 1:0. Moyses Kaysedo “zadəganlar”a qələbə qazandırıb.

Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

“Qarabağ” – “Ayntraxt Frankfurt” – 3:2;

“Qalatasaray” – “Atletiko Madrid” – 1:1;

“Atalanta” – “Atletik Bilbao” – 2:3;

“Marsel” – “Liverpul” – 0:3;

“Nyukasl Yunayted” – PSV – 3:0;

“Slaviya Praqa” – “Barselona” – 2:4.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv