İtaliyalı modelyerin iki milyard dollarlıq mirası uğrunda mübarizə gedir

İtaliyalı modelyerin iki milyard dollarlıq mirası uğrunda mübarizə gedir






presstv

"Presstv"az #Audi, #Dollar, #Gəmi, #İtaliya, #London, #Nyu-York, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 19-da vəfat edən məşhur italiyalı modelyer Valentino Qaravaninin birbaşa varisi yoxdur. Onun təxminən iki milyard dollarlıq sərvətinə üç nəfər daha çox iddia edir.

presstvaz xəbər verir ki, bu barədə “Messaggero” nəşri məlumat yayıb.

Potensial varislər arasında mərhum modelyerin bacısı Vandu və qardaşı oğlu Oskar var. Qaravaninin uzun müddət ərzində biznes ortağı olan Cankarlo Cammetti də böyük məbləğdə sərvətə iddialıdır.

Xəbərdə bildirilir ki, yaxın çevrəyə mərhumun ətrafında böyüyən qardaşlar – Şon və Entoni Sakslar da daxildir.

Nəşr iddia edir ki, Valentinonun əmlakının taleyi Romadakı notarius tərəfindən saxlanılan vəsiyyətnamə ilə müəyyən ediləcək.

İtaliyalı milyarderin sərvəti geniş aktivləri əhatə edir: Romadakı villalar, Paris yaxınlığındakı qəsr, Londonla Nyu-Yorkda yaşayış yerləri və İsveçrədəki bir malikanə. Onun sərvətinə bir sənət kolleksiyası, daşınmaz əmlak və gəmiçilik sahəsində iki şirkət də daxildir.

Modelyerin irsini qorumaq üçün yaradılan fond da vəsiyyətnamədə qeyd edilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv