Trampı saunaya dəvət etdi

Trampı saunaya dəvət etdi






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Finlandiya, #Qrenlandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Finlandiya Prezidenti Aleksandr Stubb amerikalı həmkarı Donald Trampı Arktika və Qrenlandiya ətrafında yaranmış gərginliyi müzakirə etmək üçün ənənəvi fin saunasına dəvət edib.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, Finlandiya lideri bu təklifi "qolf diplomatiyasından sauna diplomatiyasına keçid" kimi qiymətləndirib.

Stubbın fikrincə, mürəkkəb siyasi məsələlərin həlli üçün bəzən rəsmi mühitdən uzaqlaşaraq daha sadə və səmimi şəraitdə müzakirələr aparmaq effektiv nəticə verə bilər.

Qeyd edək ki, sözügedən dəvət, Donald Trampın Qrenlandiyanı ABŞ-nin nəzarətinə keçirmək niyyətini açıqlamasından sonra transatlantik münasibətlərdə yaranan dərin böhran fonunda səslənib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv