Yaponiyanın məşhur avtomobil şirkəti istehsalda təkrar emal olunmuş materialların payını artırır

Yaponiyanın məşhur avtomobil şirkəti istehsalda təkrar emal olunmuş materialların payını artırır






presstv

"Presstv"az #Avropa, #Avto, #avtomobillər, #Nəqliyyat, #Toyota, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” nəqliyyat vasitələrində təkrar emal olunmuş materialların payını ən azı 30%-ə çatdırmaq niyyətindədir.

presstvaz xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.

Məlumata görə, məşhur şirkət Avropa İttifaqının (Aİ) ekoloji tələblərinə cavab vermək üçün belə addım atacaq.

Xəbərdə bildirilib ki, Aİ yeni avtomobillərdəki plastikin müəyyən hissəsinin təkrar emal olunmuş materialdan hazırlanmasını tələb edir. İttifaq nəqliyyat vasitələrinin təkrar emalı qanunvericiliyinə düzəlişlər etməyi nəzərdən keçirir.

Qeyd olunub ki, hazırda təkrar emal olunmuş materiallar şirkət tərəfindən istehsal olunan hər bir avtomobilin ümumi çəkisinin 20-25%-ni təşkil edir. Aİ-nin ətraf mühit tələblərinin nəticədə təkcə plastikə deyil, həm də polad və alüminiuma da təsir göstərəcəyi gözlənilir.

“Toyota” yeni qaydalara əvvəlcədən hazırlaşır və istehsaldakı dəyişikliklər 60 min şirkəti əhatə edən bütün istehsal və təchizat zəncirinə təsir göstərə bilər.

Xəbərdə qeyd olunub ki, digər Yaponiya avtomobil istehsalçıları da oxşar addımlar atırlar. “Honda” 2050-ci ilə qədər tamamilə təkrar emal olunmuş və ya bərpaolunan materiallardan avtomobil istehsal etməyi hədəfləyir. “Nissan” isə 2030-cu ilə qədər təkrar emal olunmuş metaldan hazırlanmış alüminium hissələrə keçməyi planlaşdırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv