Avropa ölkələrinin Azərbaycandan qaz almağa başlamasının səbəbi nədir?

Avropa ölkələrinin Azərbaycandan qaz almağa başlamasının səbəbi nədir?






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avropa, #Avropa Komissiyası, #Avstriya, #Azərbaycan, #Rusiya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı ilin əvvəlindən etibarən Azərbaycan Avstriya və Almaniyaya təbii qaz ixracına başlayıb. Bununla da Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb.

Qeyd edək ki, 2025-ci ildə SOCAR-la Almaniyanın “Securing Energy for Europe” (SEFE) dövlət enerji şirkəti arasında təbii qazın alışı üzrə 10 illik müqavilə imzalanıb. Sənədə əsasən, illik tədarük həcmi mərhələli şəkildə artırılaraq təxminən 1.5 milyard kubmetrə çatdırılacaq.

Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, Almaniya və Avstriyanın Azərbaycandan qaz idxalına başlaması ilk növbədə bu ölkələrin yeni mənbələrdən enerji əldə etmək tələbatının yaranması ilə bağlıdır:

“Ötən ilin dekabrında Avropa Komissiyası yaxın iki il ərzində Rusiya qazından tamamilə imtina etmək haqqında qərar çıxardı. Bu ölkələrə öz qaz təminatlarını möhkəmləndirmək üçün digər mənbələrdən alternativ imkanlar lazımdır. Bu baxımdan, bu iki ölkənin məhz Azərbaycan üzərində fokuslanması heç də təsadüfi deyil”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv