Aİ ABŞ-yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Aİ ABŞ-yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Danimarka, #Donald Tramp, #Dünya İqtisadi Forumu, #Finlandiya, #Fransa, #Niderland, #Norveç, #Qrenlandiya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqına üzv ölkələr Qrenlandiya məsələsi ilə əlaqədar ABŞ-a qarşı 93 milyard avro həcmində cavab tədbirlərinin tətbiqi imkanını nəzərdən keçirirlər.

presstvaz xəbər verir ki, bu barədə "Financial Times" Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Aİ-nin cavab addımlarının ikinci variantı Amerika şirkətlərinin vahid Avropa bazarına çıxışının məhdudlaşdırılmasını nəzərdə tutur.

Qeyd olunur ki, bu planlar gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampla görüşləri ərəfəsində hazırlanır.

"Əgər vəziyyət bu şəkildə davam edərsə və Tramp "tamamilə mafioz üsullardan" istifadə edərsə, Aİ-nin əlində aydın cavab alətləri mövcuddur", – Avropalı diplomatlardan biri qəzetə deyib

Eyni zamanda, Brüssel Vaşinqtona geri addım atmaq imkanı vermək niyyətindədir.

Nəşr vurğulayır ki, Aİ ölkələrinin əksəriyyəti cavab tədbirləri ilə hədələməyə keçməzdən əvvəl ziddiyyətləri diplomatik yollarla həll etmək istəyir.

"Gərginliyi azaltmalıyıq", – deyə digər avropalı diplomat bildirib.

Qəzetin başqa bir mənbəsi isə Aİ-nin mümkün cavab addımlarının ABŞ Konqresində Tramp administrasiyasına qarşı təzyiqləri artıracağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, vəziyyət artıq kompromis üçün imkan saxlamır, çünki Avropa Qrenlandiyanı təhvil verə bilməz.

Mənbə əlavə edib ki, "ağıllı amerikalılar da başa düşür ki, Tramp bununla Pandoranın qutusunu açıb".

Xatırladaq ki, Tramp daha öncə ABŞ-ın Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçdən idxal olunan məhsullara 10 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.

Bu rüsumların Vaşinqtonun Qrenlandiyanı "tam və qəti şəkildə əldə etməsi" ilə bağlı razılaşma əldə olunana qədər qüvvədə qalacağı bildirilib.

Trampın sözlərinə görə, qərar fevralın 1-dən qüvvəyə minəcək, iyunun 1-dən isə rüsumların dərəcəsi 25 faizə yüksəldiləcək. (APA)

presstvaz
 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv