Tramp İrana zərbə planını müvəqqəti dayandırdı

Tramp İrana zərbə planını müvəqqəti dayandırdı






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Benyamin Netanyahu, #Donald Tramp, #Hadisə, #Hakim, #İran, #İsrail, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla danışıqlardan sonra İrana zərbə endirmək planlarından müvəqqəti imtina edib.

presstvaz xəbər verir ki, bu barədə Ağ Ev mənbələrinə istinadən "Axios" yazır.

Məlumata görə, yanvarın əvvəlində ABŞ-də İrana hərbi müdaxilə variantları müzakirə olunsa da, Tramp yekun qərar verməyib. Netanyahu İsrailin mümkün zərbələrə hazır olmadığını, Səudiyyə Ərəbistanı isə ABŞ müdaxiləsinin bölgədə vəziyyəti daha da gərginləşdirəcəyini bildirib. Nəticədə Vaşinqton gərginliyin azaldılması yolunu seçib, lakin güc tətbiqi seçimi açıq qalır.

Xatırladaq ki, 2025-ci ilin sonundan etibarən İranda rialın dəyərdən düşməsi fonunda genişmiqyaslı etirazlar başlayıb, iğtişaşlar zamanı ölənlər və ciddi dağıntılar qeydə alınıb. İran hakimiyyəti hadisələrdə ABŞ və İsraili ittiham edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv