Türkiyədə tanınmış aparıcının diplomu saxta çıxdı: Məhkəmə həbs cəzası verdi

Türkiyədə tanınmış aparıcının diplomu saxta çıxdı: Məhkəmə həbs cəzası verdi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #İstanbul, #Psixoloq, #Təhsil, #Türkiyə, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə tanınmış psixoloq, yazıçı və televiziya aparıcısı Esra Ezmecinin İstanbulun Beşiktaş rayonunda yerləşən ofisindəki lövhədə “klinik psixoloq” adından qanunsuz istifadə etdiyi məlum olub.

presstvaz bu barədə medyata.com.tr saytına istinadən xəbər verir.

Beşiktaş Rayon Səhiyyə İdarəsinin əməkdaşları araşdırma zamanı Ezmecinin bu addan istifadə etməyə imkan verən diplomunun olmadığını müəyyən ediblər.

İdarənin şikayəti əsasında İstanbul Respublika Baş Prokurorluğu tərəfindən təhqiqat başlayıb. Ezmeci verdiyi ifadədə klinik psixologiya sahəsində dərslər aldığını və magistr təhsili olduğunu iddia edib.

Təhqiqat nəticəsində Ezmecinin səlahiyyəti olmadığı halda “klinik psixoloq” peşəsindən istifadə etdiyi üzə çıxıb. İstanbul məhkəməsi bu səbəbdən lövhədəki ifadəni qanun pozuntusu sayaraq, Ezmeciyə 10 ay həbs cəzası verib. Məhkəmə eyni zamanda hökmün açıqlanmasını təxirə salmaq qərarına gəlib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv