DİN-də Daxili Qoşunların 2025-ci il üzrə xidməti fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib

DİN-də Daxili Qoşunların 2025-ci il üzrə xidməti fəaliyyətinin yekunlarına dair müşavirə keçirilib






presstv

"Presstv"az #Azərbaycan, #DİN, #İlham Əliyev, #Vəzifə, #Vilayət Eyvazov, #WhatsApp, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Vilayət Eyvazov daxili qoşunların fəaliyyətini yüksək qiymətləndirib
        Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, yanvarın 19-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2025-ci ildə xidməti fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, şəxsi heyətin sosial və maddi-texniki təminatının, xidmət şəraitinin daha da yaxşılaşdırılmasına göstərdiyi xüsusi diqqəti vurğulayıb.

       Daha sonra daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov hesabat dövrü üzrə xidməti fəaliyyətin yekunları barədə məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat ilində Daxili Qoşunlar qarşıya qoyulmuş bütün tapşırıqları məsuliyyətlə yerinə yetirib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə mühafizə tədbirləri, minalanmış sahələrə keçidlərin qarşısının alınması istiqamətində görülən işlər qeyd olunub.

Məruzələrdə şəxsi heyətin döyüş, fiziki və ixtisas hazırlığının, idarəetmə və qarşılıqlı fəaliyyət bacarıqlarının artırılması məqsədilə keçirilən xüsusi-taktiki təlimlərin həm Daxili Qoşun hissələrinin, həm də polis orqanlarının birgə fəaliyyətinin səmərəliliyini yüksəltdiyi diqqətə çatdırılıb.

       Müşavirəyə yekun vuran nazir Vilayət Eyvazov Daxili Qoşunların ötən il ərzindəki fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıq və tövsiyələrini verib.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv