Təbiətə 6 min manatdan artıq ziyan vuran şəxs saxlanılıb

Təbiətə 6 min manatdan artıq ziyan vuran şəxs saxlanılıb






presstv

"Presstv"az #Ağacların qanunsuz kəsilməsi, #Araşdırma, #Azərbaycan, #Cinayət işi, #DİN, #Hadisə, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Oğuzda qanunsuz ağac kəsimi faktı aşkarlandı
       Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən Presstv.az-a daxil olan məlumata əsasən, Oğuz rayonunun Padar kəndində qovaq növündən olan ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı polis tərəfindən istintaq araşdırmaları aparılır.

Məlumata görə, qanunsuz ağac kəsilməsi nəticəsində təbiətə 6 min manatdan artıq maddi ziyan vurulub. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə bu əməldə şübhəli bilinən 51 yaşlı İlkin Mustafayev saxlanılıb.

       Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşları ətraf mühitin qorunmasına məsuliyyətlə yanaşmağa və qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv