Şəmkirdə avtoqəza: Xəsarət alanlardan biri özəl xəstəxanaya köçürüldükdən sonra öldü

Şəmkirdə avtoqəza: Xəsarət alanlardan biri özəl xəstəxanaya köçürüldükdən sonra öldü






presstv

"Presstv"az #Audi, #Avto, #Hadisə, #Hyundai, #Nəqliyyat, #Şəmkir, #Şəmkir Rayon Mərkəzi Xəstəxanası, #Şəmkir rayonu, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərlə bağlı məlumat açıqlanıb.

presstvaz  bildirir ki, bu barədə   Şəmkir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, yanvarın 18-i saat 00:50-də Şəmkir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Onlardan 2001-ci il təvəllüdlü şəxsə döş qəfəsinin sağ tərəfinin qabırğalarının çoxsaylı sınıqları, sağtərəfli hemopnevmotoraks, qapalı kəllə-beyin travması diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

1985-ci il təvəllüdlü şəxsə isə ağır kəllə-beyin travması, döş qəfəsi qabırğalarının çoxsaylı sınıqları diaqnozu təyin edilib. Həmin pasiyent yaxınlarının təkidi ilə özəl tibb müəssisəsinə təxliyə edilib”.

Qeyd olunub ki, 1985-ci il təvəllüdlü pasiyent RMX-dən təxliyə olunduqdan sonra dünyasını dəyişib.

Xatırladaq ki, hadisə ötən gün baş verib. “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alıblar.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv