"Arıqlama dərmanlarının istifadəsini dayandırmaq çəki artımını 4 dəfə sürətləndirir" – ARAŞDIRMA

"Arıqlama dərmanlarının istifadəsini dayandırmaq çəki artımını 4 dəfə sürətləndirir" – ARAŞDIRMA






presstv

"Presstv"az #ABŞ, #Arıqlama, #Böyük Britaniy, #Böyük Britaniya, #Sağlam qidalanma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oksford Universitetinin tədqiqatçıları arıqlama dərmanlarından (semaglutid və tirzepatid) istifadə edən insanların iynələri dayandırdıqdan sonra pəhriz saxlayanlara nisbətən dörd dəfə daha tez çəki qazandığını aşkar ediblər.

presstvaz xəbər verir ki, tədqiqat göstərir ki, dərmanlarla müalicə zamanı itirilən çəki dayandırıldıqdan təxminən 20 ay sonra geri qayıdır. Xüsusilə Wegovy və Mounjaro istifadəçiləri müalicə zamanı orta hesabla 15 kiloqram arıqlayır, lakin bir il ərzində 10 kiloqram çəkilərini bərpa edirlər. Çəki artımı ayda 0,8 kiloqrama qədər sürətlənir.

Tədqiqatçılar vurğulayırlar ki, piylənmə xroniki və təkrarlanan xəstəlikdir və arıqlama dərmanlarının dayandırılması nəticəsində iştahaya nəzarət zəifləyir, çəki artımı sürətlənir. Sağlam qidalanma və fiziki fəaliyyətlə müşayiət olunan uzunmüddətli proqramlar isə çəkini daha uzun müddət qorumağa imkan verir.

Dr. Syuzan Cebb bildirib ki, müalicənin davamlılığı faydaların qorunması üçün vacibdir və piylənmə üçün ömürlük yanaşma lazım ola bilər.

Tədqiqat Böyük Britaniyada 1,6 milyon yetkinin GLP-1 dərmanlarından istifadə etdiyini, ABŞ-da isə hər səkkiz yetkindən birinin həyatının müəyyən dövründə bu dərmanlardan istifadə etdiyini göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv