Müharibədən bir gün əvvəl cəbhədən dönüş

Müharibədən bir gün əvvəl cəbhədən dönüş






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Ballistik raket, #Boks, #Hadisə, #Kitab, #Kiyev, #Mobil telefon, #Müharibə, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vəzifə, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qatar aramla irəliləyirdi. Sanki o da mənim kimi könülsüz gedirdi. Bir saatdan çox olardı ki, yola düşmüşdü, amma, hələ də normal sürət götürməmişdi.

20 fevral, 2022-ci ildir. Kiyevdən Luqansk vilayətinin Rubejno rayonuna gedirəm. 900 kilometrlik yoldur, sabah səhərə çatmalıyam.

Rubejno Luqansk vilayətində Severedonetsk şəhərinə aid rayondur. 2014-cü ildən sonra mərkəzi Luqansk şəhəri də daxil olmaqla, Severedonetsk şəhərinin 40 kilometrliyinə qədər vilayətin yarıdan çoxu separatçılar tərəfindən tutulmuşdu. Bu səbəbdən vilayətin administrativ mərkəzi Severedonetsk şəhərinə köçmüşdü.

Müharibədən bir gün əvvəl cəbhədən dönüş

Qatarda digər kupelərdə olan sərnişinlərin demək olar ki, hamısı hərbçilər idilər. Artıq bir həftə idi ki, Kiyevdən üzü şərqə hərəkət edən qatarlardan fərqli olaraq, qərbə doğru gedənlərdə sərnişin əlindən tərpənmək olmurdu. Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığıb təlimlər keçməsi fonunda “Hücum olacaq, ya olmayacaq?” müzakirəsinin dünya mətbuatını zəbt etdiyi bir vaxtda, 2015-ci ildən Donbasda donmuş münaqişə bir həftə idi ki, alovlanmışdı. Ona görə də Donbasın daha həssas nöqtəsi olan Luqansk istiqamətinə gedib reportaj hazırlamaq niyyətində idim.

Qatar iki saat olardı ki, yola düşmüşdü, lakin gecənin da başlamasına baxmayaraq, yuxum ərşə çəkilmişdi. Mobil telefonla xəbərləri izlədikcə, belə qənaətə gəldim ki, sabah məni orada daha çətin vəziyyət gözləyir. Çünki altı ilə yaxındır donmuş təmas xəttinə dönən Donbas bir həftənin içində separatçıların ardıcıl zərbələri ilə günü-gündən alovlanırdı. Donetsk vilayəti istiqamətində ukraynalı komandirlərdən olan, eyni zamanda hərbi ekspert Yuri Koçavenko qəfil artilleriya zərbələrinə düşdüklərini bildirdi. Qarşı tərəfin bir sutka ərzində ara vermədən atəş açması onların müdafiə xətti qurmasına belə imkan vermirdi.

Gərginlik içində bu cür xəbərlərlə əhatə olunduğum bir vaxtda, Azərbaycanın Ukraynada səfiri Elmira Axundova zəng etdi. Salamsız-kəlamsız dərhal dedi ki, sabah Kiyev Milli Universitetində hansısa kitab təqdimatını edir, mütləq orada olmalıyam. Bildirəndə ki, Kiyevdə deyiləm və çəkiliş tapşırığı üçün Donbasa ezam olunmuşam, sözümü ağzımda qoydu. Hətta az qala məni hədələdi ki, niyə ona deməmiş getmişəm? Sonra telefon danışığını qəfil kəsdi. Nəsə deməyə belə imkan vermədi. İmkan versəydi, “redaksiya tapşırıqlarını niyə sizinlə müzakirə etməliyəm?” deyəcəkdim. Lakin bu məsələni düşünməyə belə macal yox idi. Çünki hadisələr elə sürətlə baş verirdi ki, əlavə nəyisə düşünmək belə mümkün deyildi.

Artıq səhər saat 9 idi, qatar Rubejno stansiyasında dayandı. Stansiyaya düşən kimi gördüklərim təsəvvürümü alt-üst etdi. Rayon nəinki tam sakitlik var idi, hətta Kiyevdəki kimi qaynar həyat hökm sürürdü. Müharibə xaosundan əsər-əlamət belə yox idi. Amma patrul hərbçilər gözə dəyirdilər. Stansiyadan çıxıb həyətdəki oturacağa əyləşdim. Qarşımda iri cüssəli iki hərbçi dayandı:

– Sənədləriniz zəhmət olmazsa?

– Buyurun, – deyib, pasportumu, akkreditasiya və iş vəsiqələrimi təqdim etdim.

– Jurnalist. Hmm. Azərbaycandansınız? – deyə biri yeni xəbər eşidirmiş kimi dəqiqləşdirdi.

– Bəli.

– Bizim komandirin yerlisiniz. Cənab polkovnikin, Hafizin.

Bunlar Ukrayna Milli Qvardiyasının patrul nəzarətçiləri olan hərbçilər idilər. Yoxlamadan sonra söhbətimiz davam etdi. Briqada komandirləri Hafiz adlı azərbaycanlıdır. Peşə fəaliyyətimdə daim xaricdəki azərbaycanlıları axtarmaq, tanış olmaq hissi burada da mənə güc gəldi. Xahiş etdim, ona zəng etdilər. Həmyerlimlə telefondaca tanış olduq. Kikboksinq üzrə Ukrayna çempionu olan Hafiz 25 ildir Ukraynada yaşayır, Daxili İşlər Nazirliyinin Milli Qvardiya bölməsində müxtəlif vəzifələrdə olub. İndiki vəzifəsi Rubejnodakı briqadanın komandiri vəzifəsidir. Hafizin telefon nömrəsini qeyd edib, hərbçilərlə sağollaşaraq artıq məni gözləyən taksiyə yaxınlaşdım.

Severedonetsk şəhəri Rubejnodan da daha çox qaynayırdı. Şəhərdə nəinki həyəcan siqnalı səsi eşidilmirdi, ümumiyyətlə heç müharibə xəbərləri dolaşmırdı. Məsələn, ertəsi gün ilk reportaj üçün “hücum gözləyirsinizmi?” sualı ilə sakinlərə müraciət edən zaman çoxu təəccüblə üzümə baxırdı.

Şəhərdəki vilayət administrasiyanın yanındakı dördmərtəbəli qonaq evində, əvvəlcədən Kiyevdən bir həmyerlim vasitəsilə sifariş etdiyim nömrəyə yerləşdim. Kiyevdən olan həmkarlarım vasitəsilə tapdığım operator Olqanın da çalışdığı yerli televiziyanın ofisi bu qonaq evinin son mərtəbəsində yerləşirdi.

Olqa ilə kiçik söhbətdən belə məlum oldu ki, 2015-ci ildən, yəni Minsk razılaşmasından sonra buralarda tam sakitlikdir. Hətta yerli əhali vilayətin separatçıların nəzarətində olan bölgələrinə qohumlarını görmək üçün gediş-gəliş də edirlər. Olqa arxayınlıqla danışırdı:

– Bir həftədir ki Şastya şəhəri, həm də Luqansk şəhəri tərəfdən atəş səsləri eşidilir. Yəqin müvəqqətidir. Keçən il də Rusiya sərhədə qoşun yığıb təlim keçəndə bura bir-iki top atdılar. Sonra sakitləşdi. İndi də yəqin elə olar. Sənin planın necədir? Haralarda və neçə gün çəkiliş edəcəyik?

– Məsələn, elə Şastya tərəfdən başlaya bilərik. Bir də separatçılara yaxın bir kənddən, qəsəbədən reportaj etsəm, daha yaxşı olar. Hara gedə bilərik?

– Novoaydar qəsəbəsi. Elə Şastyaya çatmamışdır. Oradan başlaya bilərik.

Müharibədən bir gün əvvəl cəbhədən dönüş

Səhər tezdən vilayət administrasiyasının ayırdığı maşınla Olqa və “France Press” agentliyinin iki əməkdaşı ilə Şastya istiqamətinə yola düşdük. Sveredonetskdən ora 35 kilometr idi. Şastyadan isə Luqasnk şəhərinin özünə cəmi 10 kilometrdir. Hansı ki, məlum olduğu kimi 2014-cü ildən separatçıların nəzarətindədir.

Şastyaya çatanda dəhşətli gurultular sakitliyi pozdu. Maşınla birlikdə silkələndik. Sürücü idarəetməni itirib kolluğa girdi. Qapıları açıb hərə bir tərəfə tullandı, mən üzü üstə yerə sərilib, əllərim başımın arxasına apardım. Avtomobildə olan hər kəs yerə uzandı. Sürücü bağıra-bağıra nəsə deyirdi, amma səs-küydən eşitmək olmurdu. Ara sakitləşdi. Ayağa qalxdıq. Bizdən təxminən 500-600 metr məsafədə şəhərin giriş hissəsi alov içindəydi. Oranı toplarla vurmuşdular. Həmkarlarımla birlikdə çəkilişlərə başlamışdıq. Bu zaman mətbuata cavabdeh olan hərbçi zəng edib, bizdən geri qayıtmağı tələb etdi. Sürücü də israrla avtomobilə əyləşib geriyə qayıtmağımızı istəyirdi. Hiss olunurdu ki, yeddi illik atəşkəs bu dəfə çox pis pozulub.

Müharibədən bir gün əvvəl cəbhədən dönüş

Avtomobilə minən kimi sürücü sürətlə geri götürüldü. Təxminən 5-6 kilometr getmişdik ki, bir postun yanından keçəndə sanki zəlzələ oldu, maşın yoldan çıxdı. Sürücü avtomobili güclə saxladı. Ətrafı artilleriya ilə vururdular, zərbələrin dalğası hərəkət etməyə imkan vermirdi. Avtomobildən düşən kimi yaxınlıqdakı ukraynalı hərbçilərin postundakı blindaja girdik.

Sonralar, müharibə təcrübəsi topladıqca bu hadisəni xatırlayıb ciddi səhv buraxdığımızı anlayırdım. Çünki həmin vaxt hərbçi postu müdafiə yeri yox, qarşı tərəfin potensial atəş hədəfidir.

Sürücümüzün sayıqlığı bizi xilas etdi. Orada dayanmağın təhlükəli olduğunu bildirərək, bizi orda uzaqlaşdırdı. Novoaydarda onu birtəhər razı salıb, dayandıq. Çünki çəkiliş aparmadan geri dönmək istəmirdik. Avtomobildən düşüb müxtəlif istiqamətlərə getdik. Mən Olqa ilə qəsəbənin içində çəkilişlərə başladıq. Sualımız müharibə gözləntisi idi. Olduqca sakit həyatın davam etdiyi bu Donbas qəsəbəsində yekdil cavab belə idi: “Müharibə gözləmirik, “LNR”çilərdir, atıb dayanacaqlar”. “LNR” deyərkən tanınmamış Luqansk Xalq Respublikasıını nəzərdə tuturdular.

Axşam Severedonetskə qayıtdıq. Planım iki gün sonra buradan Mariupol tərəfə getmək idi. Bu zaman vilayət administrasiyasından zəng gəldi. Zəng edən administrasiya nümayəndəsi israrla Kiyevə qayıtmağımı istəyirdi. Hətta elə bu dəqiqə yola düşməyi təkid etdi. Artıq gec olduğundan həmin gün qayıda bilmədim. Fevralın 23-ü axşama Rubejnodan Kiyevə bilet aldım. Fürsətdən istifadə edib Severedonetski gəzdim, hətta reportaj da etdim. Təmas xəttindən cəmi 40 kilometr məsafədə olan şəhərdə əhalinin yadına heç müharibə düşmürdü. Çünki burada müharibə onun əlaməti yox idi.

23 fevral axşam 17:30-da Rubejnodan Kiyevə istiqamət aldım. Səhər saat 4-də Kiyevə çatdım. Dəmiryol vağzalına yaxın yerdə yaşayırdım deyə piyada 10 dəqiqəyə evə çatdım. Çay içib, yuyunub bir az dincəlmək istəyirdim ki, şəhərdən partlayış səsləri gəldi. Heç nə anlamadım. Ardınca ilk dəfə hava həyəcan siqnalları, ardınca yenə partlayışlar eşidildi. Telefona baxdım, redaksiyadan dayanmadan zənglər, mesajlar gəlməyə başladı. Artıq müharibə başlamışdı. Yerli mətbuat Rusiyanın hücuma keçdiyini, hətta paytaxt Kiyev istiqamətində hücumların başladığını və ölkədə hərbi rejimin elan edildiyini yazırdı. Hər şey elə sürətlə baş verirdi ki, hadisələri dərk etməkdə çətinlik çəkirdim.

Həmin gün şok vəziyyətində çəkilişləri, xəbərləri, canlı efirləri və işdən verilən tapşırığı yerinə yetirdim. Axşama doğru gün sürətlə keçdi. Qəfildən yadıma Luqansk, Severedonetsk düşdü. Olqaya yazıb, oradakı vəziyyəti xəbər aldım. Bu zaman Olqa görüntülü zəng etdi. Gördüklərimdən heyrətə gəldim. Severedonetskin mərkəzini ballistik raketlərlə dağıtmışdılar. Mən dünən orada idim. Müdafiə Nazirliyinin mətbuat nümayənədəsinin təkidi olmasaydı, sağ qalmağım müşkül olacaqdı.

Müharibədən bir gün əvvəl cəbhədən dönüş

Mübariz Aslanov


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv