Yurgen Kloppun köməkçisi “Sabah”ın düşərgəsində

Yurgen Kloppun köməkçisi “Sabah”ın düşərgəsində






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Bakı, #Danimarka, #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aut üzrə məşhur danimarkalı məşqçi Tomas Qronnemark Azərbaycanın “Sabah” futbol komandasına məşq keçib.

presstvaz-ın xəbərinə görə, bu barədə o özünün sosial şəbəkə hesabında paylaşım edib.

Yurgen Kloppun köməkçisi Sabahın düşərgəsində

“Bu həftə mən Azərbaycanda aut üzrə “Sabah” komandasına məşqçilik etmək şərəfinə nail oldum… və bu, unudulmaz təcrübə idi…

Klubda mənə ailənin bir üzvü kimi yanaşdılar və mən komandaya özümün “uzun, sürətli və ağıllı autlar fəlsəfəm”ə uyğun olaraq məşq keçdim.

Məşqlər aşağı, orta və yüksəkçətinlikli məşqlərin aşağı, orta və yüksək intensivliklə kombinasiyasından təşkil olunmuşdu. Mənim 9 sahədən ibarət “çətinlik-intensivlik” modelim əsasında oldu məşqlər”, – deyə Tomas Qronnemark paylaşımda bildirib.

O, həmçinin Bakı ilə bağlı gözəl təəssüratını da bölüşüb.

“Qaldığım Bakı… Bu şəhər haqqında mənim yalnız müsbət təəssüratım var. Gözəl binalar – həm köhnə, həm də müasir – mehriban insanlar, dadlı yeməklər, dəniz sahilində əla yerləşmə.

Əgər hələ də orda olmamısınızsa, Bakıya ziyarətə getməyinizi tövsiyə edirəm”, – deyə məşqçi vurğulayıb.

Tomas Qronnemark, həmçinin komandaya təşəkkürünü də ifadə edib.

“Komandaları üçün aut üzrə məşq keçməyə dəvət etdiyi üçün “Sabah” futbol komandasına təşəkkür edirəm.

Xahiş edirəm, sizinlə iki və ya üçgünlük aut məşqləri keçməyimi istəyirsinizsə, mənə xəbər verin.

Mən bütün dünyada məşqlər keçirəm”, – deyə o əlavə edib.

Qeyd edək ki, T.Qronnemark Yurgen Kloppla birgə “Liverpul”da çalışıb. O, hazırda fəaliyyətini “Arsenal”da davam etdirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv