Milli Məclisdə bələdiyyələrlə bağlı HƏYƏCAN TƏBİLİ: “Qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır”

Milli Məclisdə bələdiyyələrlə bağlı HƏYƏCAN TƏBİLİ: “Qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bələdiyyə, #Milli Məclis, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Son illərdə, xüsusilə 2018-ci ildən sonra qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə əlaqədar bir neçə ildən sonra bu qurumların “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır”.

presstvaz xəbər verir ki, bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib.

O bildirib ki, qəbiristanlıqlar bələdiyyələrə təhvil verilib, lakin hamıya məlumdur ki, bəzi regionlarda qəbir yerləri müxtəlif qiymətlərlə təqdim olunur:

“Bəzi hallarda rüsum tətbiq edilir. Məsələn, ayrı-ayrı rayonlarda 61 manat məbləğində rüsumun tətbiq edildiyi bildirilir. Sual yaranır ki, bu rüsum hansı əsasla müəyyən edilib?

Qanunvericiliyə görə, bu məsələlər qiymətləndirmə komitələri və müvafiq orqanlar tərəfindən tənzimlənməlidir. Hesab edirəm ki, bələdiyyələr vətəndaşlara xidmət prinsipi əsasında fəaliyyət göstərməlidir və qəbiristanlıq yerləri ilə bağlı ödənişlərin tətbiqi ümumiyyətlə məqsədəuyğun deyil. Bu torpaq sahələrinin vətəndaşlara ödənişsiz təqdim edilməsi daha doğru olardı. Doğrudur, qanunvericilikdə sosial vəziyyəti ağır olan şəxslər üçün dəfn xərclərinə dəstək göstərilməsi nəzərdə tutulur.

Lakin mən düşünürəm ki, torpaq sahəsinin verilməsi də ödənişsiz həyata keçirilməlidir ki, gələcəkdə bələdiyyələr yenidən “torpaq satan qurum” kimi formalaşmış mənfi imiclə üzləşməsin. Təbii ki, bələdiyyələrin inkişafı ilə yanaşı problemlər də mövcuddur və bu problemlər az deyil. Biz hüquqi dövlətdə yaşayırıq və bütün məsələlər qanun çərçivəsində həll olunmalıdır. Bununla bağlı öz təkliflərimizi təqdim edəcəyik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv