Tramp Qəzza ilə bağlı Sülh Şurası yaradıldığını bəyan etdi

Tramp Qəzza ilə bağlı Sülh Şurası yaradıldığını bəyan etdi






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Donald Tramp, #İsrail, #Misir, #Qətər, #Qəzza, #Qəzza zolağı, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağını idarə edəcək Sülh Şurasının yaradıldığını açıqlayıb.

presstvaz xəbər verir ki, ABŞ lideri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Dövlət başçısı bildirib ki, idarəetmə orqanının tərkibi tezliklə elan ediləcək.

“Sülh Şurasının yaradıldığını elan etməkdən qürur duyuram”, – deyə ölkə prezidenti bildirib.

Tramp, həmçinin Qəzza zolağını idarə edəcək keçid texnokratik Fələstin administrasiyasını dəstəklədiyini bildirib.

O, Qəzza sülh planının ikinci mərhələsinə keçidi də təsdiqləyib.

ABŞ liderinin sözlərinə görə, Sülh Şurasının sədri kimi o, texnokratik Fələstin Administrasiyasını, Qəzza İdarəçiliyi üzrə Milli Komitəni dəstəkləyir.

“Misir, Türkiyə və Qətərin dəstəyi ilə HƏMAS ilə tam tərk-silah və bütün tunellərin məhv edilməsini əhatə edən hərtərəfli silahsızlaşdırma razılaşmasına nail olacağıq. HƏMAS sonuncu cəsədin İsrailə qaytarılması da daxil olmaqla, dərhal öz öhdəliklərini yerinə yetirməli və tam silahsızlaşdırmaya keçməlidir. Daha əvvəl də dediyim kimi, onlar bunu yaxşı və ya pis şəkildə edə bilərlər”, – deyə ABŞ lideri bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv