Serbiya vətəndaşlarını İranı tərk etməyə çağırdı

Serbiya vətəndaşlarını İranı tərk etməyə çağırdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #avtobus, #Hadisə, #Hakim, #İran, #İsrail, #Serbiya, #Tehran, #Təcili Tibbi Yardım, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Serbiya Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarını İranı tərk etməyə çağırıb.

presstvaz xəbər verir ki, bu barədə Serbiya XİN-in rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, İranda təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi və şəxsi təhlükəsizlik üçün risklərin artması ilə əlaqədar olaraq, Serbiya Xarici İşlər Nazirliyi hazırda İranda olan bütün Serbiya vətəndaşlarını ölkəni tərk etməyə, İrana səfər planlaşdıran şəxsləri isə bu planları ləğv etməyə çağırır.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin dəyər itirməsi fonunda ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb.

2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib, şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların pik həddi yanvarın 8-i axşam saatlarına təsadüf edib. Bu zaman azı 12 mülki şəxs, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının öldüyünü açıqlayıb.

Tehran meri Əlirza Zakani bildirib ki, etirazlar zamanı paytaxtda 25 məscid yandırılıb, 26 bank, üç tibb müəssisəsi, 10 dövlət qurumu, 48 yanğınsöndürən texnika, 42 avtobus və təcili tibbi yardım avtomobili, həmçinin 24 yaşayış evinə ziyan dəyib.

İran hakimiyyəti baş verən iğtişaşları terror aktı kimi qiymətləndirərək, hadisələrin təşkilində İsrail və ABŞ-ni ittiham edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv