Cənubi azərbaycanlı tələbələr bir həftədir ailələrindən xəbər ala bilmirlər

Cənubi azərbaycanlı tələbələr bir həftədir ailələrindən xəbər ala bilmirlər






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Azərbaycanlı tələbələr, #Bakı, #İran, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəbərləri həyəcanla izləyən bu bacılar – Pərəstu və Pərisa Təbrizdəndirlər. Onlar Bakıda təhsil alırlar, lakin İranda internetin məhdudlaşdırılması səbəbindən bir həftədir ki, ailələri ilə əlaqə saxlaya bilmirlər.

Ailə həsrəti çəkən bacılar yaşadıqları çətin günləri belə nəql ediblər:

“Mən bir həftədir ailəmin səsini eşidə bilmirəm, onların səsinə həsrət qalmışam. Bir həftə bizim üçün illər kimi keçdi. Bizim gecəmiz-gündüzümüz yoxdur. Hər dəqiqə xəbərlərə baxırıq ki, Allahım, İrana bir şey olmasın. 17 il mən orada yaşamışam, oranın suyunu, çörəyini yemişəm”.

Bacılar bildirirlər ki, son bir həftədə ailələrindən aldıqları tək xəbəri dünən Naxçıvanla sərhədə gələn yaxınları çatdırıb:

“Dünən səhər yuxudan oyandım, hər zamankı kimi narahat idik. Anamız yanımızda deyil, səsini eşidə bilmirik. Çünki biz anamıza çox bağlıyıq. Oturmuşduq, birdən zəng gəldi. Zəng İran nömrəsindən idi. Çox sevindim. Açdım, gördüm ki, anamın dostudur. Dedi ki, Naxçıvan sərhədinə gəliblər, anamızdan xəbər gətiriblər. Hər şey yaxşıdır, narahat olmayaq”.

Keçən il Bakıya gələrək Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə həyatına başlayan bacıların indi yeganə arzuları ölkələrində yaranan vəziyyətin qısa zamanda başa çatmasıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv