Avropa Rusiya ilə dialoqa hazırlaşır: Xüsusi nümayəndənin kimliyi müzakirə olunur

Avropa Rusiya ilə dialoqa hazırlaşır: Xüsusi nümayəndənin kimliyi müzakirə olunur






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Donald Tramp, #Emmanuel Makron, #Finlandiya, #Fransa, #İtaliya, #Rusiya, #Ukrayna, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna nizamlanması üzrə danışıqlar üçün xüsusi nümayəndə təyin etmək imkanlarını müzakirə edirlər. Bu təmsilçi Aİ adından Rusiya tərəfi ilə dialoq apara bilər.

presstvaz-ın xəbərinə görə, bu barədə “Politico” nəşri özəl mənbələrinə istinadən məlumat verib.

Xəbərə görə, bu vəzifəyə mümkün namizədlər arasında Finlandiya Prezidenti Aleksandr Stubb da var.

Avropa Rusiya ilə dialoqa hazırlaşır: Xüsusi nümayəndənin kimliyi müzakirə olunur

Mənbənin dediyinə görə, 2025-ci ilin mart ayında Aİ liderlərinin sammitində Ukrayna nizamlanması üzrə xüsusi nümayəndənin təyin edilməsi ehtimalı müzakirə olunub. Lakin həmin zaman ideya bu olub ki, o, danışıqlarda Ukrayna nümayəndə heyəti ilə birlikdə iştirak edəcək. Bu təşəbbüs həyata keçirilməyib.

Son həftələrdə Avropada Rusiya ilə dialoqun zəruriliyi ilə bağlı ideyalar ortaya çıxmağa başlayıb. Bu barədə Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Corcia Meloni açıq bəyanat veriblər.

Nəşrin Aİ-dəki mənbələri bildirirlər ki, bu fonda blokda yenidən xüsusi nümayəndənin təyin edilməsinə dair müzakirələr başlayıb. Avropa İttifaqı ehtiyat edir ki, Brüssel danışıqlar masasında oturmadan öz mövqelərini müdafiə edə bilməyəcək. Media orqanı bunu ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan Ukrayna nizamlanması üzrə ikitərəfli danışıqlara Avropanın yanaşmasında əhəmiyyətli dəyişiklik yaradacaq mühüm addım kimi xarakterizə edib.

“Makron son günlərdə belə bir ideya sürür ki, ABŞ-lilər və rusiyalılar arasında ikitərəfli danışıqlarda hansısa rol oynamaq vacibdir. Meloni bunu qəti şəkildə dəstəkləyir, onlar sadəlövh deyillər və bu cür danışıqlarda nəyə nail oluna biləcəyini başa düşürlər” – deyə, adı açıqlanmayan fransalı məmur nəşrə bildirib.

“Politico” qeyd edir ki, bu təşəbbüsün bir çox detalları qızğın müzakirə mövzusu olaraq qalır:

“Belə bir xüsusi nümayəndə hansı rütbəni tutacaq, kimə hesabat verəcək? Bu, rəsmi və ya qeyri-rəsmi vəzifə olacaq, yalnız Aİ-ni, yoxsa “Könüllülər koalisiyasını” da təmsil edəcək? İtaliya bu vəzifəyə keçmiş baş nazir Mario Draqinin təyin olunmasını təklif edir, Aİ isə Finlandiya Prezidenti Aleksandr Stubbu mümkün namizəd kimi göstərir. Hazırkı dövlət başçısının təyin edilməsinin üstünlüyü ondan ibarətdir ki, o, dediklərində daha sərbəst ola bilər”.

Buna baxmayaraq, avropalı məmurlar nəşrə müsahibələrində vurğulayıblar ki, hələlik xüsusi nümayəndə vəzifəsi yaradılmayıb, ona görə də posta iddialılar barədə müzakirələr aparmaq tezdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv