Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Həkim, #Həkim məsləhəti, #Qrip, #rotavirus, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son aylarda virus və bağırsaq infeksiyalarının artması və ilə bağlı çoxsaylı şikayətlər var. Cəmiyyətdə narahatlıq doğuran əsas məqamlardan biri isə qarşıdakı dövrdə yeni virusların meydana çıxıb-çıxmayacağıdır.

Bəs müşahidə olunan viruslar əvvəlkilərdən daha ağır klinik gedişə malikdirmi? Virusların mutasiyaya uğraması hazırda nə dərəcədə aktualdır və bizi nə gözləyir?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mövzu ilə bağlı presstvaz-a açıqlama verib.

Azərbaycanda son zamanlar yayılan xəstəlik NƏDİR? – Həkim GÖZLƏNİLƏN TƏHLÜKƏLƏRDƏN danışdı

O bildirib ki, qrip və digər kəskin respirator infeksiyalar üçün fəsillilik xarakterikdir:

“Payız-qış aylarında hər il bu infeksiyaların artımı müşahidə olunur. Viruslara yoluxmanın çoxalmasına mövsümi amillər – havanın temperaturunun azalması, quru hava şəraiti, insan immunitetinin təbii zəifləməsi, gün işığının və D vitamini sintezinin azalması, qida ilə vitaminlərin daha az qəbul edilməsi və digər faktorlar təsir göstərir.

Hazırda daha çox rastlanan infeksiya mövsümi A qripidir. Fevral ayından bu infeksiyanın yayılmasının pik dövrü müşahidə olunur. Ümumilikdə, yaz aylarına doğru qripə yoluxma hallarının azalacağı proqnozlaşdırılır. Bununla yanaşı, müxtəlif digər kəskin respirator virus infeksiyaları da oxşar klinik mənzərə ilə müşahidə edilir.

Hazırda daha çox yayılan A qripinin əvvəlki illərdə rast gəlinən qrip virusları ilə müqayisədə daha ağır xəstəlik törətməsinə dair sübut yoxdur. Lakin qrip infeksiyası risk qrupuna daxil olan şəxslərdə adətən, daha ağır və fəsadlı keçir”.

Mütəxəssis qeyd ediblər ki, uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər qripin ağır gedişi baxımından risk qrupuna daxildirlər:

“Qrip virus infeksiyası digər kəskin respirator virus infeksiyaları ilə müqayisədə, xüsusilə risk qruplarında daha təhlükəlidir. Qrip viruslarının mutasiyaya uğraması təbii prosesdir. Bunun nəticəsində viruslar qazanılmış immunitetdən qismən yayına bilirlər. Lakin bu mutasiyalar köklü xarakter daşımır və yeni ştamın yaranmasına səbəb olmur.

Adətən, qış aylarında bəzi virus infeksiyaları mədə-bağırsaq əlamətləri ilə müşayiət olunur. Bunlara uşaqlarda qrip, adenovirus infeksiyası, həmçinin rotavirus və digər virusları aid etmək olar. Bu infeksiyalar zamanı risk qrupuna daxil olan şəxslər dərhal həkimə müraciət etməlidirlər. Qrip zamanı hərarətin üç gündən artıq davam etməsi normal immunitetə malik şəxslər üçün həkimə müraciət etməyə əsas verən siqnaldır. Rotavirus infeksiyasına yoluxmuş uşaqlar isə mütləq həkim məsləhəti almalıdırlar”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv