Luvr muzeyindən oğurlanmış zinət əşyalarının gizlədildiyi yer tapıldı

Luvr muzeyindən oğurlanmış zinət əşyalarının gizlədildiyi yer tapıldı






presstv

"Presstv"az #Audi, #Avto, #Boks, #Hadisə, #Oğurluq hadisəsi, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransız müstəntiqlər Paris ətrafındakı yaşayış rayonlarından birinin avtodayanacağında cinayətkarların Luvrdan oğurladıqları zinət əşyalarının bir hissəsini gətirdikləri yeri aşkar ediblər.

presstvaz bu barədə “Le Parisien” qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, istintaq müəyyən edib ki, iki cinayətkar skuter sürərək Obervilye şəhərindəki fərdi yaşayış binalarından birinin yeraltı avtodayanacağına daxil olub. Onlar əvvəlcə əldə etdikləri qənimətə baxıblar, daha sonra isə zinət əşyalarını boksların birində gizlədiblər.

Qəzetin qeyd etdiyinə görə, zinət əşyalarının bir hissəsi orada olmayıb. Bir müddət sonra oğrular avtodayanacaqda videomüşahidə kameralarının olduğunu aşkar ediblər və bundan sonra zinət əşyalarını oradan aparıblar.

Bildirilir ki, hüquq-mühafizə orqanları həmin qaraj boksunda axtarış aparsalar da, Luvrdan oğurlanmış zinət əşyalarını tapmaq mümkün olmayıb.

Xatırladaq ki, Luvr muzeyində səs-küyə səbəb olan oğurluq hadisəsi 2025-ci il oktyabrın 19-da baş verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv