Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı – TƏFƏRRÜAT

Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı – TƏFƏRRÜAT






presstv

"Presstv"az #Ailə, #Audi, #Cinayət işi, #Füzuli, #Hadisə, #Lənkəran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Füzuli rayonunda kişi həyat yoldaşını oğurlayıb.

presstvaz-ın məlumatına görə, hadisə rayonun Horadiz qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Təbriz Baxışov (soyadı şərtidir) qəsəbə ərazisində bir xanımla tanış olub. Onlar bir-birilərini sevsələr də, Təbrizin valideynləri onların ailə qurmasına icazə verməyiblər.

Bir müddətdən sonra Təbriz qızı qaçırıb və valideynləri də əlacsız qalıb onların evlənmələrinə icazə veriblər. Cütlük rəsmi nikaha daxil olub. Amma problem bununla bitməyib. Qız hamilə olandan sonra öyrənib ki, Təbrizin başqa qadından 6 yaşlı övladı var. O bu barədə Təbrizə irad bildirəndə, kişi onu döyərək təhqir etməyə başlayıb. Qadın bu barədə valideynlərinə məlumat verib və evdən çıxaraq atasının evinə gedib.

Bir aydan sonra Təbriz qadının evə qayıtmasını tələb edib. Lakin gəlin və onun valideynləri buna etiraz ediblər. Hadisədən əsəbiləşən Təbriz evdən bıçaq götürərək qayınatasının evinə gedib. O, evə daxil olaraq bıçağı gəlinin boğazına dirəyərək, ölümlə hədələyib. Daha sonra o, qadını məcburi oğurlayaraq öz evinə gətirib.

Hadisə ilə bağlı qadının valideynləri polisə məlumat veriblər. Polis əməkdaşlarının tədbirləri ilə Təbriz saxlanılıb, gəlin isə azad edilərək valideynlərinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Baxışov 9 il azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv