Bakının “Nar Kəndli” bazarında qayda pozuntuları aşkarlanıb

Bakının “Nar Kəndli” bazarında qayda pozuntuları aşkarlanıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Hövsan qəsəbəsi, #Soyuducu, #Suraxanı rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən “Zeytun Park” MMC-yə məxsus “Nar Kəndli” bazarında və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlamalar zamanı bazar daxilində fəaliyyət göstərən ət satış obyektində ət və ət məhsullarının temperatur rejiminə əməl edilmədən, işlək olmayan soyuducu avadanlıqlarda və baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib.

“Həmçinin bazar ərazisində balıqların saxlanılması və kəsimi üçün qanunsuz təşkil olunmuş sahələr aşkarlanıb, kəsim və satışın antisanitar şəraitdə aparıldığı məlum olub. Baxış zamanı diri və ölü balıqların uyğun olmayan məişət tipli vannalarda birlikdə saxlanıldığı, ölü balıqların vaxtında kənarlaşdırılmadığı, suyun müntəzəm dəyişdirilmədiyi, balıq məhsullarının açıq hava şəraitində və soyuducu avadanlıq olmadan satışa çıxarıldığı faktları qeydə alınıb.

Eyni zamanda süd və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, markalanma tələblərinə əməl edilmədiyi, saxlanma şəraiti və son istifadə müddəti barədə məlumatların göstərilmədiyi, eləcə də ev üsulunda hazırlanmış, etiket məlumatları olmayan müxtəlif növ turşuların satışa təqdim edildiyi müəyyən edilib.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib. Qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların sağlamlığının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv