Rəqəmsal bankçılıqda yeni dövr: Bütün bank əməliyyatlarınızı “Birbank”da izləyin

Rəqəmsal bankçılıqda yeni dövr: Bütün bank əməliyyatlarınızı “Birbank”da izləyin






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın ilk rəqəmsal bankı “Birbank” Mərkəzi Bankın “Açıq bankçılıq” yanaşmasını tənzimləyən normativ aktlar və texniki platformasına inteqrasiyasını tamamilə yekunlaşdırıb. Bununla da ölkənin maliyyə bazarında ilk dəfə olaraq tətbiq edilən bu funksionallıq “Birbank” mobil tətbiqində aktivləşdirilib.

Artıq birbanklılar “Açıq bankçılıq” platformasına qoşulan digər banklardakı hesablarını da öz mobil tətbiqlərindən rahatlıqla görə bilərlər. Bununla da “Birbank” müştəriləri bütün maliyyə əməliyyatlarını bir mərkəzdən izləmək imkanı, eləcə də rahat və asan nəzarət mexanizmi qazanmış olurlar.

Bunun üçün aşağıdakı təlimatları izləmək yetərlidir:

– “Birbank” mobil tətbiqinə daxil olun;

– “Açıq bankçılıq” hissəsinə klik edin;

– “Digər bankın hesabını əlavə et”i seçin;

– Açılan siyahıdan istədiyiniz bankı seçin və əlavə edin;

Daha sonra 90 günədək edilən əməliyyatlarla bağlı bütün məlumatlar “Birbank” tətbiqində rahatlıqla görünəcək.

Qeyd edək ki, depozit və kredit məlumatları, həmçinin köçürmə, ödəniş və digər əməliyyatların icrası nəzərdə tutulmur. Müştərilər istədikləri vaxt əlavə etdikləri bank kartlarını silə və verdikləri icazələri ləğv edə bilərlər.

Tətbiqi yükləmək üçün: http://www.b-b.az/bbha

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holding”ə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, “196” əlaqə mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv