Şəkidə körpə ölümünün təfərrüatı məlum olub: Rusiyadan toya gəliblərmiş

Şəkidə körpə ölümünün təfərrüatı məlum olub: Rusiyadan toya gəliblərmiş






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Azərbaycan, #Hadisə, #Həkim, #Körpə, #Rusiya, #Şəki, #Təcili Tibbi Yardım, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəki rayonunda baş verən körpə ölümü hadisəsinin təfərrüatı məlum olub.

presstvaz Bizim.media-ya istinadən xəbər verir ki, körpənin ailəsi Rusiya Federasiyasında yaşayırmış və onlar doğma kəndlərində keçiriləcək toy mərasimində iştirak etmək üçün Azərbaycana gəliblər.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən rəsmi məlumata əsasən, 2025-ci il təvəllüdlü qız uşağı əvvəlcə saat 23 radələrində ailə üzvləri tərəfindən Qax RMX-yə çatdırılıb. Tibb işçiləri körpənin vəziyyətinin ağır olduğunu qeyd ediblər.

Həkimlərin müayinəsi zamanı aşkar edilib ki, körpədə həyat əlamətləri artıq yoxdur, bəbəkləri genişlənib, ətraf mühit və xarici təsirlərə reaksiya vermir, dodaqları isə sianozu (göyərməni) əks etdirir.

Tibb heyəti körpənin bioloji ölüm faktını təsdiqləsə də, ailə üzvləri saat 23:40-da Qax RMX-ni tərk ediblər.

Daha sonra körpəni gecə saat 00:20-də Şəki RMX-nin Təcili tibbi yardım şöbəsinə aparıblar. Burada da həkimlər körpənin artıq həyatda olmadığını təsdiq ediblər.

Hazırda hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Şəki rayonunda 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayeva vəfat edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv